• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Baltikyanı ölkələrdə Azərbaycanla bağlı beynəlxalq tədbirlər təşkil olunacaq - FOTOLAR

  • Nida.az
  • 16 Sentyabr 2014 17:16
  • 799 Baxış
Baltikyanı ölkələrdə Azərbaycanla bağlı beynəlxalq tədbirlər təşkil olunacaq - FOTOLAR

Bu ilin oktyabrında Baltikyanı-Azərbaycan Gənclər Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən “İnvolvement” (Qovuşma) adlı layihə çərçivəsində Latviya, Litva və Estoniyada Azərbaycanla bağlı beynəlxalq tədbirlər təşkil olunacaq.

Bu barədə Publika.az-a Baltikyanı Azərbaycan Gənclər Assosiasiyasının sədri Fərhad Vəliyev məlumat verib.

Onun sözlərinə görə, tədbir ilk növbədə Litvada, daha sonra isə Latviya və Estoniyada təşkil olunacaq.

F.Vəliyev deyib ki, Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq layihənin icrasına artıq start verilib:

“Layihənin əsas məqsədi iki ölkə xalqı arasındakı münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etmək, Latviya, Litva, Estoniyada olan bütün gəncləri daim bir arada sıx birləşdirməkdir. Azərbaycan həqiqətlərinin və zəngin mədəni dəyərlərinin geniş təbliğinə, ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan dəyərlərin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və geniş gənclər auditoriyasında müzakirə etməklə, 2015-ci ildə ölkəmizdə keçiriləcək Bakı Avropa Yay Oyunlarıyla bağlı təbliğat işlərinin aparılmasında biz böyük rol oynayacağıq.

Layihə çərçivəsində Baltikyanı-Azərbaycan Gənclər Assosiasiyası ilk növbədə Litva gənclərini Azərbaycana 10 günlük səyahət və turizm proqramında Azərbaycanı daha yaxından tanımaq təşəbbüsü ilə çıxış edəcək. Layihədə iştirak etmək üçün sənədlərin qəbulu 17-27 oktyabr tarixlərində aparılacaq. Artıq Baltikyanı ölkələrdən də Azərbaycana maraq göstərən bir çox gənclər bizə müraciət ediblər”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR