Başqanlığa namizəd Müsavatın qərargahından niyə imtina etdi?- Müsahibə
Bizi izləyin

Nida.az

Başqanlığa namizəd Müsavatın qərargahından niyə imtina etdi?- Müsahibə

Müsavat başqanlığına namizəd Tural Abbaslının Publika.az-a müsahibəsi

- Mətbuat konfransı keçirən başqanlığa namizədlər məkan kimi partiyanın qərargahını seçdilər. Siz nə üçün ADP-nin qərargahına gedirsiniz?

- Müxtəlif partiya və təşkilatlarda təmsil olunan gənclərlə kütləvi tədbir etmək, gəncliyin istənilən situasiyada bir olduğunu göstərmək istəyirik.
Müsavatın ümumi gəncliyin partiyası olduğunun təqdimatını da etmək istəyirik. Lakin bunun texniki tərəfləri də var. Belə ki, Müsavatın zalı maksimum 120 nəfər tutur. Lakin bizim tədbirdə iştirakçıların sayı bundan ikiqat çoxdur. Ona görə də biz VHP və ADP ilə danışıqlar apardıq. 250 nəfərlik zalı olan ADP-nin qərargahını seçdik.


- Yəni, bunun hansısa siyasi mesajı yoxdur?

- Xeyr. Bu, sırf texniki məsələdir. Burda hər-hansı siyasi mesajdan söhbət gedə bilməz. Bundan əvvəl biz rayon təşkilatlarının nümayəndələri ilə partiyamızın qərargahında toplantı keçirtdik.


- İddialar var ki, sizin görüşlərinizin birində AXCP üzvlərindən biri Əli Kərimlini tərifləyərək Arif Hacılını tənqid edib. İddialara görə, sizin ADP qərargahına getməyinizə səbəb budur.

- Görüşümüzün birində cəbhəçi xanım çıxış etmişdi. Mən, yaxud kimsə bəyənsə də, bəyənməsə də özünəməxsus fikirlərini demişdi. Bununla bağlı rəsmi heç kəs mənə rəsmi irad bildirməyib və bildirə də bilməz.
Cəbhəçi xanım öz liderini tərifləmişdi. Rəqib namizədlərdən biri barədə də söyləmişdi ki, daha qocalıb, siyasətdən getməlidir. Lakin biz bunu xoş qarşılamırıq və qınayırıq. Amma görüşdə kimin nə deyəcəyini biz əvvəlcədən müəyyənləşdirmirik. Yaxud görüşə gələnləri şəxsiyyət vəsiqəsi və partiya bileti ilə buraxmırıq. Sosial şəbəkələrdə görüş barədə elan veririk, istəyən durub gəlir, söz alıb fikrini deyir. Orada əlahiddə, qeyri-adi nələrsə deyilsə, müdaxilələr ən son addım kimi fikirləşilə bilər. Amma kiməsə deyə bilmərik ki, çıxışının mətnini ver mənə, senzuradan keçirim. Heç kim mənə irad bildirməyib, bildirə də bilməz. Mən bu iradlara görə də görüşümüzü qərargahda keçirməkdən imtina edə bilmərəm. Yəqin, yaxın günlərdə özümüzün rayon təşkilatlarının görüşünü Müsavatın qərargahında təşkil edəcəyik.

- Müsavatçı gənclərdən sizi dəstəkləyənlər çoxdur, amma partiyanın Gənclər Təşkilatı haqqında bunu demək olmaz. Əhliman Abbasla problemləriniz var, yoxsa səbəb başqadır?

- Müsavatın Gənclər Təşkilatının bugünkü tərkibi qurultay məsələsində monolit deyil. Adətən, mətbuat işçiləri rəhbərliyin mövqeyini təşkilatın mövqeyi kimi təqdim edirlər. Ancaq orada monolit fikir yoxdur. Gənclər Təşkilatının bəzi üzvləri Arif Hacılını, bəziləri Qubad İbadoğlunu dəstəkləyir. Hətta bizim də tərəfdarlarımız kifayət qədərdir. Əhliman Abbas mövqeyini irəli sürüb. İlk təqdimatı Qubad İbadoğlu edəndə onu dəvət edib. Hər kəsin, hər bir gəncin seçiminə hörmətlə yanaşırıq. Mənim Müsavat gəncləri arasında etimad kimi bir problemim yoxdur.
MGT-nin yeni sədri ilə də heç bir rəqabətim yoxdur.

Mən, ətrafım, gənclik partiya daxilində öz mövqeyimizi möhkəmlətmək, səlahiyyətli postları tutmaq uğrunda hansısa addımlar ata bilərik. Burada opponentlərimiz hansısa gənclər və Gənclər Təşkilatı deyil. Burada illərdir formalaşmış daxili komandalar var. Ən yaxşı halda onlarla rəqabət aparırıq. Mənim MGT və ya Əhliman Abbas kimi problemim yoxdur.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm