Nida.az
Həmyerlimiz Rusiyada deputat seçilib
Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib. 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib.
1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.
25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionda səlahiyyətli nümayəndəsidir.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ