Nida.az
Politoloqdan maraqlı Müsavat şərhi: “İkinci İsa Qəmbər olmayacaq”
“Müsavatda kimin başqan seçilməsindən asılı olmayaraq, həmin
şəxs İsa Qəmbər ola bilməyəcək”.
Bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, müsavata yaxınlığı ilə seçilən politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında deyib.
“Müsavatda ikinci İsa Qəmbər olmayacaq”
Onun sözlərinə görə, İ. Qəmbər Milli Azadlıq Hərəkatının hazırda
aktiv siyasi fəaliyyətlə məşğul olan sonuncu liderlərindəndir:
“Bəlkə də, sonuncudur. Təbii, İsa bəyin Azərbaycan siyasətində özəl
yeri olub və olacaq. Amma heç kim məndən inciməsin, kim başqan olsa
da, İsa Qəmbər qədər ola bilməyəcək. Çünki İsa Qəmbərin İsa Qəmbər
olmasının bir çox səbəbləri var. Buna görə də hesab edirəm ki,
Müsavatda ikinci İsa Qəmbər olmayacaq”.
Qurultay Müsavata nə vəd edir?
Ə. Oruclu Müsavatda heç bir namizədi dəstəkləmədiyini deyib: “Bu
onların daxili işidir. Mənim üçün prinsip etibarilə hansı partiyada
kimin sədr olması önəmli deyil, söhbət təkcə Müsavatdan getmir.
Amma hesab edirəm ki, qurultaydan sonra partiyada hansısa ciddi
dəyişikliyin olacağını düşünmürəm. Nəzərə alıram ki, bizdə
demokratik ənənələr hələ oturuşmayıb, bəzən ittihamlar da olur.
Amma seçki prosesi üçün bu normaldır. Misal üçün, 2008-ci ildə
ABŞ-da Demokratlar partiyasında Barak Obama ilə Hilari Klinton
arasında keçirilən “praymeriz”də qarşılıqlı sərt ittihamlar irəli
sürüldü. Amma son nəticədə biri prezident, digəri dövlət katibi
olaraq 5 il bir yerdə işlədilər. Ona görə hesab edirəm ki, seçki
kampaniyasında olan sərt mövqelərə baxmayaraq, qurultaydan sonra
parçalanmaların olacağını düşünmürəm”.
Bir statusun izi ilə...
Ə. Oruclu Müsavatda başqanlığa namizəd Tural Abbaslı haqqında
yazdığı statusa da aydınlıq gətirib.
Qeyd edək ki, Ə. Oruclu iki gün öncə “facebook” səhifəsində “Dünən,
təəssüf ki, Müsavat başqanlığına namizəd Tural Abbasli ilə görüşə
ikinci dəfə dəvət alsam da, yenə iştirak edə bilmədim. Tural bəy
məni görüşlərinə dəvət edən yeganə namizəddir, amma tərslikdən hər
iki görüşlə eyni vaxtda başqa vacib işlər planlaşdırmış oluram.
Odur ki, Tural bəyi burdan salamlayıram, diqqətinə görə təşəkkürümü
bildirirəm! Tural bəyə qarşısına qoyduğu bütün işlərdə uğurlar
arzulayıram! Heç bir partiyanın daxili işlərinə qarışmaq fikrim
yoxdur, amma Tural Abbaslını insani keyfiyyətlərinə görə çox
istəyirəm və onun gələcəkdə xeyli uğurlara imza atacağına
inanıram”, - deyə bildirmişdi.
“Digər namizədlərin dəvətinə ehtiyac duymuram”
“Tural Abbaslının diqqətini hiss etdim, seçki kampaniyasında
keçirdiyi görüşlərə məni dəvət etdi. Sadəcə, təsadüfdən gedə
bilmədim və bu statusu yazmaq qərarına gəldim. Ona qarşı şəxsi
münasibətim normaldır. İstənilən partiyanın uğuru Azərbaycan
demokratiyasının, siyasətinin uğurudur”, - deyə politoloq
bildirib.
Ə. Oruclu digər namizədlərin onu tədbirlərinə dəvət etməməsinə də münasibət bildirib: “Digərlərinin dəvətinə ehtiyac duymuram. Hesab etmirəm ki, mütləq kimsə, yaxud bütün namizədlər kimisə öz görüşlərinə dəvət etməlidir. Seçki partiyanın daxili məsələsidir. Güman etmirəm ki, burda kənar şəxslərin iştirakı nəsə rol oynasın. Mənim üçün Tural bəyin dəvəti gözlənilməz oldu. Hərçənd bir-birimizə münasibətlərimiz pozitiv olub. Tural bəy etik çərçivələri həmişə qoruyan insandır”.
Asif Nərimanlı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO