• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müsavatdan istefa verənlərə sərt ittihamlar – Partiyada gizli səhifələr açılır

  • Nida.az
  • 17 Oktyabr 2014 15:25
  • 435 Baxış
Müsavatdan istefa verənlərə sərt ittihamlar – Partiyada gizli səhifələr açılır

Müsavat Partiyanın keçmiş başqan müşaviri, yeni başqan Arif Hacılının tərəfdarı Səxavət Soltanlı tam tərkibdə istefa verən partiyanın Tovuz rayon təşkilatının rəhbərliyini ittiham edib.


Publika.az xəbər verir ki, S. Soltanlı Tovuzda 19 nəfərin toplaşaraq istefa verməsini mümkünsüz adlandırıb: “Birincisi, bu mümkün deyil, ona görə ki, Müsavat Partiyasına qoşulmaq və ayrılmaq fərdi qaydada mümkündür.
Bir nəfərin belə istefa verməsini arzulamadığımı, istefa verdiyini dəqiq bildiyim 3 nəfərə görə təəssüf etdiyimi bildirirəm. Son prezident seçkilərində namizədimizin səlahiyyətli nümayəndəsi kimi seçkiləri Tovuzda izləyən bir şəxs kimi müşahidələrimin qısa nəticəsini bildirmək istəyirəm. Tovuz təşkilatının 105 məntəqəsindən yalnız birində müşahidəçisi vardı. Bildiyim qədər imza da toplamamışdılar, təbii şikayətlər də olmadı. Tək olan müşahidəçi Miryaqub bəy də 1 satlıq məntəqəni tərk edib işi olduğunu bildirmişdi. Qurultaya Hazırlıq Komitəsinin üzvü kimi Tovuz Təşkilatının “Ümumi Yığıncaq”ında iştirak etmişəm, qurultaya nümayəndə seçmək üçün 17 nəfəri belə çətinliklə toplaya bildilər. Son hadisədə isə ən fəal oldular. Qəribə gəldi mənə, gözləmirdim də”.


S. Soltanlı qeyd edib ki, rayon təşkilatı 2005-ci ildən sonra 18 nəfəri bir yerə toplaya bilməyiblər.

“Əksinə idisə son prezident seçkilərində 105 seçki məntəqəsi olan Tovuz təşkilatı nədən yalnız 1 nəfər müşahidəçi vermişdi? Qurultay öncəsi yığıncağa 17 müsavatçını çox çətinliklə toplayan Tovuz təşkilatı necə oldu istefa ilə bağlı 19 nəfəri asanlıqla toplaya bildi? Qurultay öncəsi toplantının şəkilləri olduğu halda, nədən bu 19 nəfərin toplantısından bir şəkil belə yoxdur? Nədən verilən bəyanatın altından kimlərin imza atdığını göstərməklə sürəti və ya fotosu burda, yerləşdirilməyib?”, -deyə o bildirib.


S. Soltanlı istefaları və partiyaya qarşı səslənən fikirləri Müsavatı gözdən salmağa hesablandığını bildirib: “Müsavat Partiyasına qarşı səslənən fikirlər və baş verənlər bir neçə cinahdan Müsavata qarşı gözdən salma kampaniyasının tərkib hissəsidir. Burda əsas məqsəd Müsavat başqanlığı ilə bağlı 2 dəfədən artıq namizəd olmağı qadağan edən dəyişikliyi arxa plana keçirmək, digər məqsəd İsa Qəmbərin atdığı demokratik addımı diqqətdən kənarda saxlamaq, Müsavat Partiyasının əsas üstünlüklərindən biri olan demokratikliyinə ləkə salmaqdır”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR