• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Politoloqdan Putinə: “Sizin də imperiyanız dağılacaq”

  • Nida.az
  • 20 Oktyabr 2014 11:07
  • 1 202 Baxış
Politoloqdan Putinə: “Sizin də imperiyanız dağılacaq”

“Bütün imperiyalar dağılmağa məhkumdur, o cümlədən Rusiya. Bu, nəzəriyyə olaraq qaçılmaz prosesdir”.


Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.


V. Quluzadə qeyd edib ki, Rusiya imperiyasının dağılmasını hələ 1995-ci ildə Amerikada olarkən bildiribmiş: “O vaxt “Pravda”, “Komsomolski Pravda” və digər rus mediaları mənim üstümə düşdülər, tənqid etdilər. Amma bu faktdır ki, dünyada dağılmayan imperiya yoxdur. Bunu dəfələrlə demişəm. Misal üçün, Britaniya imperiyası darmadağın oldu. Doğma türklərin Osmanlı imperiyası I Dünya müharibəsində dağıldı. Roma imperiyası dağıldı, onu sonuncu halqası II Dünya müharibəsində məhv oldu. İndi İtaliya imperiyası yoxdur. Fransız imperiyası məhv oldu, sonuncu ayrılan da Əlcəzair oldu. Yəni bu nəzəriyyə olaraq belədir. Heç bir imperiya qalmır, vaxtı var, vaxt çatan kimi tarixə qovuşurlar. O baxımdan, Rusiya imperiyası da əbədi olmamalıdır”.


Lakin politoloq Rusiya imperiyasının nə vaxt tarixə qovuşacağını dəqiq bilmədiyini açıqlayıb. Bildirib ki, hər bir imperiyanın öz vaxtı var, necə ki, Roma, Britaniya, Osmanlı kimi imperiyaların belə bir vaxtı çatdı.


“Mən bunu Rusiyaya nifrət etdiyimə görə demirəm. Əksinə, bu nəzəriyyəni ruslara da çatdırıram ki, sizin də imperiyanız dağılacaq və bir gün siz də fransızlar, italyanlar kimi unitar dövlət qurub xoşbəxt yaşayacaqsınız”, -deyə politoloq vurğulayıb.


V. Quluzadə qeyd edib ki, bu dağıntı mülayim olsa yaxşı olar. Onun sözlərinə görə, Britaniya imperiyası mülayim proseslərdə dağıldı, heç bir qan tökülmədi: “Rusiyaya da bunu arzu edirəm. Hər şey sülh yolu ilə baş versə, daha yaxşı olar. Misal üçün, 1991-ci ildə 14 xalq SSRİ-dən ayrılanda böyük müharibələr olmadı. Düzdür, bizim bəxtimizə Dağlıq Qarabağ, Moldovanın bəxtinə isə Dnestryanı münaqişələri düşdü. Lakin bütün hallarda böyük qanlar tökülmədi. Ötən əsrin əvvəllərində çar imperiyası dağılanda vətəndaş müharibəsi oldu, milyonlarla insan qırıldı. Amma bolşeviklər rus imperiyasının çökməsinə imkan vermədilər. Mən arzu etmirəm ki, Rusiya imperiyası dağılanda müharibə olsun, qanlar tökülsün”.


V. Quluzadə Rusiya imperiyası tərkibində yarana biləcək dövlətləri də şərh edib.

“Başqırdıstan müstəqil yaşaya bilər. Amma bir çox xalqlar rusların içində əriyib gediblər. Özlərini rus kimi tanıyır, dini qəbul edərək xristianlaşıblar. Həmçinin mədəniyyəti və dili qavrayıblar. Misal üçün, kalmıklar, udmurtlar. Amma tatarlar müstəqilliyə can atırlar. Onlar müstəqil respublika ola bilərlər”, - deyə sabiq dövlət katibi bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR