Trans-Adriatik boru xətti Albaniya üçün mühüm əhəmiyyət daşıyır
Bizi izləyin

Nida.az

Trans-Adriatik boru xətti Albaniya üçün mühüm əhəmiyyət daşıyır

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş əsnasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.

Trans-Adriatik boru xətti layihəsinin həyata keçirilməsinin Albaniya və ümumiyyətlə, region üçün mühüm əhəmiyyət daşıdığı və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanıb.

Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasının ölkələrimiz arasında təhsil və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm addım olduğu bildirilib.

Görüş əsnasında turizm, infrastruktur, sərmayələr və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm