Azərbaycan-Türkiyə-İran əməkdaşlığı yüksək səviyyəyə çatdırılmalıdır
Bizi izləyin

Nida.az

Azərbaycan-Türkiyə-İran əməkdaşlığı yüksək səviyyəyə çatdırılmalıdır

Regionda iqtisadi və siyasi sabitliyin qorunub saxlanılması və xalqlarımızın rifahının təmin edilməsi üçün Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli əməkdaşlıq daha yüksək səviyyəyə çatdırılmalıdır.

Publika.az AzərTaca istinadən xəbər verir ki, bu fikir oktyabrın 21-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Rza Hakan Təkin ilə görüşündə səsləndirilib.

Azərbaycanın Tehrandakı səfirliyində keçirilən görüşdə rəsmi Bakı ilə Ankaranın münasibətlərinin inkişafından məmnunluq bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm