Nida.az
Bozqurdçular arasında qurultay qalmaqalı
İki qanada bölünmüş bozqurdçular arasında münaqişə yaranıb.
Publika.az xəbər verir ki, sabiq daxili işlər
naziri İsgəndər Həmidovun lideri olduğu Milli Demokrat (Bozqurd)
Partiyasından ayrılanların yaratdığı Azərbaycan Milliyətçi Demokrat
Partiyası qurultaya hazırlaşıb.
Partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri
Qələndər Muxtarlının yaydığı məlumata görə, qurultay bu ilin 16
noyabr tarixində keçiriləcək.
Təşkilat Komitəsinin qəbul etdiyi müraciətdə deyilir: “Biz Milli
Azadlıq Hərəkatında fəal təşkilatçı və iştirakçısı, Qarabağ
savaşının veteranları, Milliyyətçi Demokrat Partiyasının üzvləri
olaraq bildiririk ki, partiyamızın növbəti qurultayını keçirmək
məsuliyyətini öz üzərimizə götürürük. Bu günlərdə Milliyyətçi
Demokrat Partiyasının ideologiyasını, hədəflərini növbəti dəfə
Azərbaycan cəmiyyətinə açıqlayacağıq.
Vətənimiz işğal altındadır. Milliyyətçilik də ərazisində qondarma düşmən dövlət yaradılan, qanuni və tarixi torpaqlarının əhəmiyyətli bir hissəsi əsarət altında olan, zəngin tarixə malik, qüdrətli bir Millətə, Azərbaycan türklərinə, onlarının şərəfli tarixinə adekvat deyil və biz bu vəziyyəti - “status kvonu” qəbul etmirik.
Biz torpaqlarımızın hər hansı bir formada işğalını qəbul etmirik
və Vətənimizin, o cümlədən əhalimizin əsarətini qəbul etmirik,
etməyəcəyik.
Bizimlə eyni mövqedə olan bütün vətəndaşlarımızı sıralarımızda
birləşməyə və Mübarək Vətənimizin müdafiəsi istiqamətində
sıralarımızda olmasını arzu edirik!”
Qeyd edək ki, İ. Həmidovun lideri olduğu partiya isə qurultayı
gələn ilin fevral ayında keçirmək niyyətindədir.
Asif
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO