Nida.az
Nəsib Nəsibli Müsavatdan getdi
Keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə
yayılan məlumata görə, N. Nəsibli partiya sıralarından çıxmaqla
bağlı ötən gün Müsavatın Xətai rayon təşkilatına ərizə ilə müraciət
edib.
Müsavat başqanının müavini Səxavət Soltanlı Publika.az-a
açıqlamasında bu haqda məlumatsız olduqlarını deyib.
N. Nəsiblinin özü isə Publika.az-a istefa verdiyini təsdiqləyib.
Lakin o, bu addımı haqda ətraflı danışmaqdan imtina edib.
Müsavatda yeni fraksiya tərəfdarlarından olan başqanlığa keçmiş
namizəd Tural Abbaslı isə Publika.az-a açıqlamasında N. Nəsiblinin
istefasını partiya üçün itki kimi qiymətləndirib: “Doğrusu, onun bu
addımı haqda dəqiq məlumatım yoxdur. Dəqiqləşdirməyə çalışacam.
Lakin istənilən halda partiyada baş verən istefanı Müsavat üçün
itki kimi qiymətləndirirəm və buna üzülürəm”.
Qeyd edək ki, N. Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda, Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub.
1994-1996-cı ildə Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
Asif Nərimanlı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər