Əli Kərimlinin 48 tərəfdarı Mirmahmud Mirəlioğlunun partiyasına keçdi
Bizi izləyin

Nida.az

Əli Kərimlinin 48 tərəfdarı Mirmahmud Mirəlioğlunun partiyasına keçdi

AXCP-dən istefa verən Sumqayıt rayon təşkilatının 52 nəfər üzvündən 48-i Klassik Xalq Cəbhəsi Partiyasına üzv olmaq üçün müraciət edib.

Bu barədə Publika.az-a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin partiyaya qəbulu üçün müvafiq strukturlara göstəriş verilib: “Bu insanların əksəriyyəti Xalq Cəbhəsi dönəmindən hərəkatın içindədirlər. Yəni, siyasətə yeni gəlməyiblər. Artıq neçə illərdir mübarizə aparırlar. Bir çoxunu tanıyırıq”.

KXCP sədri Mirhamud Mitrəlioğlu isə Publika.az-a açıqlamasında üzvlük üçün müraciət edənlərlə bağlı nizamnaməyə uyğun addımlar atılacağını bildirib.


Qeyd edək ki, AXCP üzvlərinin istefasına səbəb Sumqayıt rayon təşkilatının keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniya olub. İstefa verənlərin yaydıqları bəyanatda təşkilata İsa Qurbanovun sədr seçilməsindən sonra narazılıqlar başladığı bildirilirdi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm