Prezident Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdı
Bizi izləyin

Nida.az

Prezident Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdı

Azərbaycan Prezidenti İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb.

Publika.Az-ın AzərTac-a istinadən məlumatına görə,sərəncamda qeyd olunur ki, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.

Komissiyanın üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri

Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti

Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş Prokuroruna komissiyanın fəaliyyətində iştirak etmələri tövsiyə olunur.

Komissiyaya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırmaq və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm