Müsavatdakı narazıların görüşünə əngəl – BAŞ TUTMAYA BİLƏR - Yenilənib
Bizi izləyin

Nida.az

Müsavatdakı narazıların görüşünə əngəl – BAŞ TUTMAYA BİLƏR - Yenilənib

Qubad İbadoğlu: “İstənilən halda görüşümüz baş tutacaq”


“İstənilən halda tərəfdarlarımızla görüşümüz baş tutacaq”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Gülağa Aslanlının bu gün partiya qərargahında keçiriləcək görüşlə bağlı əvvəldən rəhbərliyə müraciət etmədikləri haqda fikirlərinə münasibət bildirərkən deyib.


Q. İbadoğlu görüşlə bağlı əvvəldən müraciət etdiklərini də bildirib. O, görüş üçün yer probleminin olmayacağını düşünür: “Biz müraciət etmişik. İstənilən halda görüşümüzü keçirəcəyik. Bizim yer problemimiz yoxdur. Görüşümüzü keçirib fikirlərimizi çatdıracağıq. Müsavat bütün müsavatçıların partiyasıdır”.


Q. İbadoğlu hər kəsi bugünkü görüşə dəvət edib.


Asif

****

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarlarının bu gün saat 17:00-da partiya qərargahına keçirəcəyi görüş baş tutmaya bilər.


Bu haqda başqanlığa keçmiş namizəd, Arif Hacılının qatı əleyhdarı Səxavət Əlisoy Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, Müsavat başqanının müavini Gülağa Aslanlı görüş üçün rəhbərliyə öncədən müraciət etməli olduqlarını bildirib.


G. Aslanlı Publika.az-a açıqlamasında bunu təsdiqləyib. Bildirib ki, görüş keçirmək istəyən əvvəlcə rəhbərliyə müraciət edilməli idi: “Belə müraciət bizə daxil olmayıb”.


S. Əlisoy isə məsləhətləşmələrin aparılacağını və görüşün baş tutmasına çalışacaqlarını deyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm