“Ermənistanın təxribatlarına bundan sonra da tutarlı cavab veriləcək” – YAP-dan AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Ermənistanın təxribatlarına bundan sonra da tutarlı cavab veriləcək” – YAP-dan AÇIQLAMA

Hakim Yeni Azərbaycana Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov ötən gün təmas xəttini pozan Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin Azərbaycan ordusunun hərbçisi tərəfindən vurulmasına məsələyə münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi bir neçə aydır ki, cəbhə xəttində müxtəlif təxribatlar törədir və hərbi təlimlər keçirir. Onun sözlərinə görə, Ukrayna hadisələrindən sonra Ermənistan tərəfi mütəmadi olaraq atəşkəs rejimini pozur və müxtəlif təxribatlara əl atır: “Ancaq Azərbaycan ordusu da Ermənistan tərəfindən atıla bilən istənilən təxribatın qarşısını almağa hər an hazırdır. Bu gün Azərbaycan ordusu cəbhə xəttində Ermənistanın törətdiyi təxribatlara çox tutarı cavab verir və bundan sonra da veriləcək. Bu da onu göstərir ki, indi Azərbaycan ordusunda hərbi təchizat və döyüş hazırlığı, orduda vətənpərvərlik əhval-ruhiyyəsi çox yüksəkdir. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an işğal altında olan torpaqları azad etməyə hazırdır. Ermənistan tərəfindən hər hansı təxribatlar törədilməsinə baxmayaraq, Azərbaycan ordusu Cənubi Qafqazda lider, MDB ölkələrində isə ən güclü ordulardan biridir”.

Xatırladaq ki, oktyabrın 27-də Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərə çoxlu sayda canlı qüvvə və hərbi texnika cəlb olunub. Eyni zamanda atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm