ATƏT-in ofisi bundan sonra layihə formasında fəaliyyət göstərəcək
Bizi izləyin

Nida.az

ATƏT-in ofisi bundan sonra layihə formasında fəaliyyət göstərəcək

“Biz dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin, Azərbaycanın daxili işlərinə qarışmasının şahidi olmuşuq. Seçkilərdə verdiyi rəylərin şahidi olmuşuq”.

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, ATƏT-ə xahiş etmək lazımdır ki, mandatından kənara çıxmasın: “Özlərini ağsaqqal kimi aparmasınlar. Azərbaycan xalqının dəyərləri ATƏT-in dəyərlərindən xeyli üstündür. Minsk qrupunun dünənki bəyanatı da onların Azərbaycana qarşı münasibətlərindən xəbər verir”.

Parlamentin spikeri Oqtay Əsədov isə deputatın bu iradlarına münasibət bildirib. Spiker qeyd edib ki, məhz belə hallar olduğu üçün ATƏT-in ofisi bundan sonra layihə formasında fəaliyyət göstərəcək.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm