Qəmbər Hacılıya qarşı - QARŞIDURMA
Bizi izləyin

Nida.az

Qəmbər Hacılıya qarşı - QARŞIDURMA

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər partiyanın yeni başqanı Arıf Hacılıya etirazını bildirib.

Publika.az xəbər verir ki, R.Qəmbər “Facebook” səhifəsində Müsavat Partiyasının bir neçə saatlıq qurultayında onun ondəqiqəlik çıxışına imkan yaradılmadığını bildirib.

“Hətta 17.09.2014 tarixində partiyadan çıxarıldığım inboksuma yazıldı. Əgər əlimlə yazdığım ərizənin Sizə çatdırıldığı 09.09.2014 tarixində mənə cavab versəydiniz, partiyaya üzvlüyümü bərpa etdirərək, başqanlığa namizəd olardım! On beş dəqiqəlik çıxışıma heç kim əngəl törətməsəydi, qurultayda çıxış edərək Qarabağ probleminin həllində mühüm təsiri olacaq Müsavat Partiyasının daha xeyirli fəaliyyət göstərməsinə aid təkliflərimi qurultay nümayəndələrinə bildirmək istəyirdim və sonra namizədliyimi geri çəkərək mənə inananların Qubad bəyə səs vermələrini istəyəcəkdim!

Müsavat Partiyasının rəhbərliyi tərəfindən 2011-də partiyanın yüzilliyi münasibətilə fəxri fərmanla təltif olunmağıma baxmayaraq, mənim 2009-da partiyadan çıxarıldığımı bildirdiniz! Kimlərsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi və təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi...

Bir daha bilmək istəyirəm, nə zaman “Skayp” və ya “WhatsApp” ilə danışaraq Müsavat Partiyasının üzvü olmağıma aid təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?”, – deyə R.Qəmbər yazıb.

Qeyd edək ki, R.Qəmbər partiyada başqan postu uğrunda gedən mübarizədə Arif Hacılının rəqibi Qubad İbadoğluya dəstək verdiyini açıqlamışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm