Nida.az
“Azərbaycandan tələb edilənlər Ermənistandan tələb olunmur“
Azərbaycan istənilən vaxt ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edə bilər və buna onun tam haqqı və əsasları var.
Bu barədə Publika.Az-a açıqlamasında Qarabağ Azadlıq
Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.
ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin xarici işlər
nazirlərinin son bəyanatına münasibət bildirən QAT sədri bildirib
ki, bu bəyanat martın 24-də yaranmasının 20 ili tamam olacaq Minsk
Qrupunun fəaliyyətsizliyini bir daha təsdiqlədi: "Bu bəyanatdan da
görünür ki, onların dedikləri söz yığınağından başqa bir şey deyil.
20 ildir münaqişəni həll etmək vədləri ilə bu dövlətlər Qarabağdakı
erməni işğalını qüvvədə saxlamağa çalışırlar. Azərbaycandan tələb
edilənlər Ermənistandan tələb olunmur. Güc tətbiqinə qarşı
çıxırlarsa, niyə ermənilərin güc tətbiqi ilə torpaqlarımızı işğal
etmələrinə göz yumurlar".
O vurğulayıb ki, 1998-ci ildə Lissabon sammitindən sonra ortaya
millətlərin, xalqların müqəddəratını təyin etmə hüququ Qarabağ
məsələsində predmet ola bilməz: "Bir ovuc erməni Azərbaycan
xalqından ayrı şəkildə necə müqəddərat təyin edə bilər? Bu hüquq
müstəmləkədən xilas olmağa çalışan xalqlara şamil oluna bilər. Amma
ortada Azərbaycan ərazilərinin işğal faktı var və BMT-nin
qətnamələrində də öz təsdiqini tapıb. Belə olduğu halda, hansı
müqəddərat və sülhə hazırlıqdan söz gedə bilər?
A.Nağı Azərbaycan prezidentinin Novruz tədbirlərində əhaliylə
görüşərkən deidyi sözləri də xatırladıb: "Prezident də öz çıxışında
dedi ki, beynəlxalq təşkilatlar bizə Qarabağ problemini tez bir
zamanda həll etməkdə mane olurlar. Çox təəssüflər olsun ki, bu
həqiqətdir. Fikrimcə, ATƏT-in Minsk Qrupunun 20 illik
fəaliyyətsizlik tarixçəsinə baxmaqla, bizim bu qrupun
vasitəçiliyindən imtina etməyə tam əsasımız var və istənilən zaman
bunu edə bilərik".
Rüfət Əhmədzadə
Publika.Az
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."