Nida.az
Əli Həsənov: Azərbaycan dövləti özünü azad mediasız təsəvvür etmir
Azərbaycanın müstəqil mediası 2014-cü ildə inkişaf edib və Azərbaycanda kütləvi informaisya vasitələrinə dövlət dəstəyi öz bəhrəsini verib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zaman deyib.
Ə.Həsənovun sözlərinə görə, görülən tədbirlər mahiyyət etibarilə
ona xidmət edir ki, Azərbaycanın daxili həyatının mühüm tərkib
hissəsi olan, dövlət siyasətinin əsas istiqamətlərindən birini
təşkil edən söz və məlumat azadlığı davamlı şəkildə inkişaf etsin,
cəmiyyət həyatının, daxili sistemimizin ayrılmaz tərkib hissəsinə
çevrilsin. Azərbaycan mediası ölkədə baş verən hadisələri, dövlətin
həyata keçirdiyi siyasəti, hökumətin fəaliyyətini, o cümlədən
beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst şəkildə təhlil
etsinlər, heç bir kənar müdaxilə olmadan istədikləri informasiyanı
toplasınlar, ictimaiyyətin diqqətinə təqdim etsinlər və əhalinin
rəyini müvafiq olaraq öz səhifələrində əks etdirərək hakimiyyətə
çatdırsınlar.
O qeyd edib ki, heç kim Azərbaycanda söz və məlumat azadlığı,
KİV-lərin müstəqilliyi sahəsindəki mövcud vəziyyətin dünyanın
hansısa ölkəsindəki vəziyyətdən pis olduğunu deyə bilməz: "Heç kim
deyə bilməz ki, Azərbaycanda hansısa jurnalist azad şəkildə bu və
ya digər hadisələr, proseslər haqqında sərbəst informasiya
toplamaq, onları öz auditoriyasına təqdim etmək, ictimai
müzakirəsini təşkil etmək və bu müzakirələrin nəticələri haqqında
cəmiyyətə öz mesajlarını çatdırmaq imkanında deyil. Heç kim deyə
bilməz ki, bu sahədə fəaliyyət göstərən hər hansı jurnalist indiyə
qədər dövlət tərəfindən və yaxud dövlətin ayrı-ayrı strukturları
tərəfindən təzyiqlərə məruz qalıb. Lakin təəssüflər olsun ki, bu
gün dünyada Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş azad media mühitini qaralamağa çalışan müxtəlif
qeyri-hökumət təşkilatları və ayrı-ayrı beynəlxalq dairələr
mövcuddur. Bilirsiniz ki, Azərbaycanda azad milli medianın təməli
hələ 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən
qoyulub. Ondan sonra ayrı-ayrı dövrlərdə Azərbaycan mediası
müxtəlif inkişaf mərhələləri keçərək bugünkü inkişaf səviyyəsinə
çatıb".
PA rəsmisi bildirib ki, bu mərhələdə ümummilli lider Heydər
Əliyevin xidmətləri danılmazdır. Məhz Heydər Əliyevin səyləri
nəticəsində Azərbaycan mediası nəinki ölkənin aparıcı
institutlarından birinə çevrildi, eyni zamanda regionun və dünyanın
qabaqcıl nümunələri sırasına daxil oldu: "Ümummilli liderin 1998-ci
il avqustun 6-da imzaladığı fərman Azərbaycanda azad, kənar təsir
olmadan özünü tənzimləyən medianın təməlini qoydu. 2008-ci ildə
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam
etdirərək “Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etdi
və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə
qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz
önəmli töhfələrini verir”.
Ə.Həsənov bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq
dairələrin məqsədyönlü şəkildə söz və məlumat azadlığından
sui-istifadə etdiyini və jurnalistlərin konkret istiqamətə
yönəltdiyini diqqətə çatdırıb: “Bu gün böyük dövlətlərdə baş verən
hadisələr həmin ölkələrin bəlli dairələrinin senzurasından
keçirilərək onlara məxsus transmilli media vasitəsilə dünyaya
təqdim olunur. Üstəlik, həmin transmilli media ayrı-ayrı müstəqil
ölkələrdə, məsələn, müsəlman dövlətlərində baş verən hadisələri də
həmin dairələrin maraqları prizmasından dünyaya çatdırmaq istəyir.
Məgər dünyada siyasi plüralizm, media plüralizmi təkcə bir neçə
transmilli media orqanına aid olan dəyərdirmi? Məgər dünyada baş
verən hadisələri işıqlandırmaq baxımından Azərbaycandakı
jurnalistlərlə həmin o böyük dövlətlərdə yaşayan jurnalistlərin
hüquqları eyni deyilmi?"
Onun sözlərinə görə, təəssüflər olsun ki, bu gün bəzi beynəlxalq və
xarici jurnalist qurumları ayrı-ayrı ölkələrdə media azadlığının
vəziyyətini qərəzli şəkildə təhlil edir, ortaya heç bir reallığa
uyğun gəlməyən siyahılar qoyurlar: "Müxtəlif kiçik dövlətlərin
siyasətinə təsir göstərmək məqsədilə bu və ya digər təzyiq
mexanizmləri işə salınır. Ancaq bu gün biz qürur hissi ilə deyə
bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edir və
bundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün daxili
həyatını azad mediasız təsəvvür etmir və cənab İlham Əliyev
Azərbaycanda siyasi hakimiyyətdə olduqca, belə də davam edəcək.
Azərbaycan cəmiyyəti azad medianın nə olduğunu çoxdan bilir. Bu
dəyər Avropa və dünya ölkələrinin bir çoxundan əvvəl Azərbaycan
mediasının və jurnalistlərimizin qəlbinə hakim kəsilib".
PA rəsmisi deyib ki, Azərbaycan dünyada yeganə ölkədir ki,
jurnalistlər dövlət hesabına mənzillə təmin olunur: "Bildiyiniz
kimi, dövlətimizin başçısının müvafiq sərəncamına əsasən 156
mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə
jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam
etdirilir".
Ə.Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün mətbuat nümayəndələrini təbrik edib və onlara növbəti ildə uğurlar arzulayıb: "Dövlətimizin imkanları artdıqca, mediamızın da maddi imkanları artacaq, dövlətimiz inkişaf etdikcə, mediamız da inkişaf edəcək və cəmiyyətin həyatında öz layiqli yerini tutacaq".
O həmçinin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısına xoş arzularını çatdırıb: "Media təmsilçiləri, o cümlədən Azərbaycanın bu sahədə çalışan məmurları adından cənab Prezidenti təbrik edirəm, Allahdan ona, onun rəhbərlik etdiyi Azərbaycana həmişə uğurlu günlər arzu edirəm. Qoy müstəqil, güclü Azərbaycan həmişə xoşbəxt anlarla qarşılaşsın".
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO