Nida.az
Novruz Məmmədov: “Zorakılığın, həbslərin əsl vətəni ABŞ-dır”
“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti
Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində
yazıb.
N.Məmmədovun sözlərinə görə, belələrindən biri cənab Baer unudur
ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə
öz ölkəsidir: "Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin
ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə
gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış
olsa idi, yaxşı olardı. Onda anlayardı ki, "Twitter"də yazdıqlarını
oxuyanda, ilk yada düşən ölkə elə ABŞ olur".
PA rəsmisi hesab edir ki, cənab Baer qərəzli fikirlərilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.
Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer Azadlıq
radiosunun Bakı Ofisinin möhürlənməsi məsələsi ilə bağlı
Azərbaycana dair tənqidi fikirlər səsləndirib.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı