Nida.az
Azərbaycan peyki uğrunda Vaşinqton-Brüssel müharibəsi
Amerikalılar Azərbaycan peykinin orbitə buraxılmasında Avropa Birliyi şirkətlərinin iştirakından narahatdır.
Publika.az xəbər verir ki, ABŞ-ın “The Hill” nəşri Vaşinqtonu
kosmik müqavilələr uğrunda mübarizə aparmamaqda günahlandırıb:
“Beləliklə, ABŞ milyonlarla pul itirir. Ən aktual məqam
Azərbaycanla bağlıdır. 2013-cü ildə birinci ABŞ istehsalı olan
telekommunikasiya peykini işə salmış qərbyönümlü müttəfiq bunun
üçün 120 milyon pul xərclədi. Dövlət Departamentinin səbəb olduğu
maneələrə və bürokratizminə görə, Azərbaycan kosmik sahədə
müqavilələrini Avropa şirkətləri ilə bağladı. Bu işdə Fransa önə
çıxdı. Ardınca alman şirkətləri oyuna girdi. Bakı öz uğuruna
kifayət qədər pul xərclədi. Bu prosesdə ABŞ və Avropanın fərqi açıq
şəkildə görünür. Avropalılar daha çox biznesmen olaraq davrandılar
və Azərbaycana inadkarcasına nəvaziş göstərdilər. Beləliklə, burda
Avropa Birliyi şirkətləri qələbə çaldı, ABŞ şirkətləri isə itki
verdi”.
Nəşr ironiya ilə bunun üçün Dövlət Departamentinə təşəkkür edib.
Çünki “The Hill” Azərbaycanla münasibətlərin pozulmasında Dövlət
Departamentinin bürokratizmini səbəb göstərir.
Ardınca Vaşinqtonu 2015-ci ili növbəti fürsət olaraq
dəyərləndirməyə çağırır.
“2015-ci ildə Azərbaycan digər telekommunikasiya peykini işə
salacaq. Avropanın Azərbaycan biznes səhnəsində qələbəsini aradan
götürmək üçün bu amerikalılar üçün fürsətdir”, - deyə nəşr qeyd
edir.
Qeyd edək ki, 2013-cü ilin 8 fevralında ABŞ-ın “Orbital Sciences”
korporasiyası tərəfində STAR-2 platforması əsasında hazırlanmış
“Azerspace-1” peyki orbitə Fransanın “Arianespace” şirkətinin
yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə
buraxılıb.
Azərbaycan bu il növbəti peykini orbitə buraxmaq niyyətindədir.
Asif Nərimanlı
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO