Vəfa Quluzadə Qarabağın azad olunmasının açarını göstərdi
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə Qarabağın azad olunmasının açarını göstərdi

“Böyük Qərb dövlətinin lideri tərəfindən Azərbaycan torpaqlarının işğalı faktında Rusiyanın rolunun dilə gətirilməsi müsbət tendensiyadır”.


Bu barədə Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.


Almaniya kansleri Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Qarabağın işğalında Rusiyanı ittiham etməsini şərh edən politoloq Ukraynadan sonra Qərbin daha açıq danışdığını bildirib:

“Rusiya ermənilərin əli ilə torpaqlarımızı işğal edib. Bu gün Qarabağ variantı Donbasda həyata keçirilir. Rusiya Donbas və Donetski separatçıların əli ilə zəbt edib. Ukraynaya sülh bağlamaq qarşılığında ərazi bütövlüyünü tanıyacağını deyir. Yəni ərazilərinin işğalı ilə barışmalıdır. Bu, gülünc siyasətdir. Lakin bu gülünc siyasət indiyə qədər işləyib. Ukraynada isə ciddi müqavimətə rast gəlib”.


V. Quluzadə hesab edir ki, Ukraynada Rusiyanın geri çəkilməsi Qarabağın azad olunmasının açarı ola bilər.

“Ukrayna və Qarabağ ayrı-ayrı məsələ deyil. Bu qlobal problemdir. Söhbət Rusiyanın təcavüzkarlığına zərbə vurmaqdan gedir. Qərb Moskvanı təcavüzdən çəkindirsə, Qarabağ münaqişəsi də həll olunacaq. Həmçinin Abxaziya və Cənubi Osetiya, Dnestryanı problemlər də həllini tapacaq.

Hazırda Ukraynada olduqca böyük qarşıdurma var və orda əldə olunacaq nəticə Qarabağ da daxil olmaqla, post-sovet məkanındakı münaqişələrə ciddi təsir edəcək. Biz bu prosesdə Qərbə dəstək verməliyik”, - deyə sabiq dövlət müşaviri vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm