
Müsavat başqanlığına keçmiş namizəd, hazırkı rəhbərlikdən narazı olanların yaratdığı ADR hərəkatının təsisçisi Qubad İbadoğlu partiya Divanına dəvət edilib.
Bu barədə Publika.az-a Müsavat başqanının müavini
Səxavət Soltanlı məlumat verib.
Məlumata görə, Q. İbadoğluya göndərilən məktubda fevralın 2-də keçiriləcək Müsavat Divanında iştirakının vacibliyi vurğulanıb. Divanda Q. İbadoğlunun hərəkətlərinin nizamnaməyə uyğun olub-olmaması müzakirə olunacaq.
Qeyd edək ki, ADR-də təmsil olunan başqanlığa keçmiş namizəd
Səxavət Əlisoy da Arif Hacılını tənqid etdiyinə görə, partiyaya
dəvət edilmişdi. Bu dəvətdən sonra o, Müsavat sıralarından xaric
edildi.
Eyni taleyin Qubad İbadoğlunu da gözləyib-gözləmədəyi 2 fevral tarixində bəlli olacaq.
Asif Nərimanlı