Nida.az
Arif Hacılı Qubad İbadoğluna cavab verdi: “Sən Müsavata saxta deyirsənsə...”
Bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Sədrlər
Şurasının genişləndirilmiş toplantısı
keçirilib.
Partiyadan Publika.az-a verilən məlumata görə, 150-dək partiya
fəalının iştirak etdiyi toplantıda Müsavat Partiyasının başqanı
Arif Hacılı mövcud ictimai-siyasi durum, partiyadaxili məsələlər
barədə məruzə ilə çıxış edib.
A. Hacılı çıxışında partiya daxilindəki vəziyyətə toxunub: “Partiya
üzvü olan bir qrup şəxs dəfələrlə xəbərdarlıq edilməsinə
baxmayaraq, partiya strukturlarını tanımamaq, daxildə paralel
strukturlar yaratmaq və partiyanı nüfuzdan salmaq istiqamətində
davamlı fəaliyyət göstərib. Bu fəaliyyətin qarşısını almaq
məqsədilə partiyanın səlahiyyətli orqanları bir neçə nəfərin
barəsində müvafiq qərarlar çıxarıb”.
A. Hacılı qurultaydan sonra partiya strukturları tərəfindən 6
nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi
dəyərləndirilməsinin yanlış olduğunu bildirib. O, Müsavatın ən
demokratik partiya olduğunu vurğulayıb.
Müsavat başqanı qeyd edib ki, qurultaydan sonra 30 nəfər partiyadan
çıxdığını bəyan etsə də, partiyanı parçalamaq cəhdi alınmayıb,
qəbul olunan yeni üzvlərin sayı partiyadan çıxanların sayından
təxminən üç dəfə artıq olub.
“Əgər sən Müsavatın keçmişini, qurultayını, strukturlarını
tanımırsansa, ona saxta deyirsənsə, onda sənin bu partiyada nə işin
var? Müsavat Partiyasında həqiqətin harda olduğun dərk edənlər
əksəriyyəti təşkil edir”, - deyə o, Qubad İbadoğluna da cavab
verib.
Asif
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər