Nida.az
Qafqazda NATO–Rusiya müharibəsi və Bakını gözləyən təhlükə
Cənubi Qafqazda NATO – Rusiya müharibəsi başlayır.
Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşri
Cənubi Qafqazın yeni qarşıdurma astanasında olduğunu yazıb.
Rusiya-NATO münasibətlərinin gələcəyi çox amillərdən asılı olacaq.
Bu yaxınlarda mediaya müsahibə verən NATO baş katibi Jens
Stoltenberq sanki ittifaq ölkələrinin ümumi koordinatoru kimi çıxış
edir. O qətiyyətli danışır və Moskvanın siyasətini neqativ olaraq
qiymətləndirir. Onun qiymətləndirmələri Moskvanı narahat etməyə
bilməz və Rusiya-NATO qarşıdurmasının güclənəcəyini vəd edir. Çünki
bütün problemlərə baxmayaraq, NATO tarixdə ən güclü ittifaqdır.
Hazırda Kreml NATO ilə münasibətlərin soyumasında narahat görünmür.
Onsuz da rəsmi Brüssel Moskva ilə münasibətləri dondurub. İndi
Rusiya Qərbdə dost və partnyorlarla ehtiyac duymur.
Rusiya və NATO 1997-ci ildə Parisdə akt imzaladı. Lakin
əməkdaşlığın reallaşmasında yanaşmalar fərqlənirdi. Ehtimal ki,
tərəflər sadəcə əməkdaşlıq oyunu oynayırdı. NATO ümid edirdi ki,
Kremldə “soyuq müharibənin” başa çatdığını anlayacaqlar və Amerika
tanklarının Polşada küçə boyunca gəzməyəcəyini başa düşəcəklər.
Əslində indiyə qədər birgə təlimlər, terrorizm və piratçılıqla
mübarizə, nümayəndə heyətlərinin mübadiləsi bir növ Rusiyanın
sakitləşdirilməsinə yönəlib. İttifaq ümid edirdi ki, 20-30 il
ərzində Rusiya tədricən yumşalacaq, NATO ölkəsi olmasa belə, ən
azından etibarlı partnyor olacaq.
Lakin keçmiş sovet ölkələrinin NATO-ya üzv olması ilə mübarizə
Rusiyanın xarici siyasətində əsas prioritet oldu.
Bu mənada 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitini uğurlu
adlandırmaq mümkündür. Almaniya kansleri Angela Merkelin səyi
nəticəsində Ukrayna və Gürcüstan üzvlüyə qəbul olunmadı. Onlara
sadəcə gələcəkdə mütləq ittifaqın üzvü olacağı sözü verildi.
Vladimir Putin post-sovet məkanına Moskvanın nəzarət etmə hüququnu
tanıyan Buxarest sammitinin qərarlarını qəbul etdi. 2008-ci ilin
avqustunda Gürcüstanda müharibədən sonra Kremldə bununla bağlı inam
möhkəmləndi. Lakin bir il sonra post-sovet məkanından NATO-ya doğru
can atmalar başladı. Əslində Krımın ilhaqı və Ukraynanın Şərqinə
müdaxilə NATO-nun post-sovet məkanına girməsindən sonra baş
verdi.
İndiyə qədər Rusiya-NATO mövqeyi bəlkə də cəmi bir dəfə,
Əfqanıstana yüklərin tranziti zamanı uzlaşdı. Düzdür, Moskva
tranzitə görə NATO-dan haqqını da alırdı. İndiki siyasi iqlimdə isə
hansısa əməkdaşlığın bərpasından danışmaq mümkün deyil. Moskvanın
davranışları Rusiyanın etibarını son damlasına qədər itirməsinə
gətirib çıxarıb.
Nəhayət, Cənubi Qafqaz. Bu bölgə Rusiyanın ən zəif yeridir. NATO məmnuniyyətlə Cənubi Qafqazı öz qanadı altına alar və Rusiyaya ən zəif yerindən və öz sərhədinin dibindən zərbə vurardı. Lakin hər şey o qədər də asan deyil. Cənubi Qafqazın əsas ölkəsi hesab olunan Azərbaycan öz ordusunun qurulmasında NATO standartlarından istifadə edir. Lakin o, Şimal qonşusuna arxa çevirmir. Bu məsələdə Bakını tamamilə qınamaq da çətindir. Axı o bölgədə ən qədim münaqişəni – Dağlıq Qarabağ münaqişəsini yaşayan ölkədir. Digər tərəfdən, Azərbaycan xarici siyasətdə əsas prioritet olaraq ərazi bütövlüyünün bərpasını seçib. Məhz bu amil ona tərəflər arasında manevr etməyə imkan verir. NATO-nun Azərbaycanla bağlı yaxın perspektivdə ümid edəcəyi bir şey yoxdur.
Şimal Alyansı hazırda daha çox Gürcüstana ümid edir. NATO üçün bu
gün strateji sual var: Gürcüstan və Ukrayna ilə necə davranmaq
lazımdır? Ukraynada müharibə gedir. Müharibədən sonra siyasi və
hərbi islahatlar üçün illər lazım olacaq. Bu baxımdan, Kiyev və
Şimal Alyansının gələcək əməkdaşlığı avtomatik olaraq təxirə
düşür.
Lakin Gürcüstan hərbi islahatları uğurla aparır. Əhalinin ümumi
rəyi də NATO-dan yanadır. Lakin Tiflisdə anlayırlar ki, ərazi
münaqişəsi olan ölkə ittifaqa daxil ola bilməz.
Belə olanda NATO dilemma qarşısında qalır. Gürcüstanı ittifaqa
daxil etməklə Rusiya ilə qarşıdurmanı gücləndirə, ondan imtina
etməklə post-sovet məkanında Moskvanın nüfuzunu tanıya bilər.
Görünən odur ki, NATO birinci varianta üstünlük verir. Rusiyada
hazırki rəhbərlik qaldığı müddətdə Gürcüstanın ittifaqa girişi
aktual olacaq. Güman ki, növbəti sammitlərdə bu məsələ daha da
aktuallaşacaq. Bu ilin payızında Varşavada keçiriləcək sammitdə
Tiflisə yaxın 5 ildə üzvlük üçün iş planı təqdim olunacaq. Bununla
NATO-Rusiya münasibətlərində ən dramatik və təhlükəli mərhələ
başlayacaq.
Beləliklə, Cənubi Qafqazda NATO-Rusiya qarşıdurması şiddətlənəcək.
Bu qarşıdurmadan Azərbaycan da əziyyət çəkə bilər. Çünki Rusiyanın
himayəsinə sığınan Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil
siyasət aparır. Qərb və Rusiyanın Azərbaycanı öz yanına çəkmə
mübarizəsində NATO da Qərbə dəstək verə bilər. Hər-halda Gürcüstana
qədər gələcək Şimal Alyansı sərhəddən o tərəfdəki ölkəni –
Azərbaycanı öz sıralarına qəbul etməkdə maraqlı olacaq. Bütün
bunlar, yaxın gələcəkdə Cənubi Qafqazın yeni qarşıdurma müstəvisi
ola biləcəyini göstərir.
Asif Nərimanlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu