Nida.az
Rəhbəri ən çox dəyişən nazirlik hansıdır?
1991-ci ilin avqustunda Azərbaycan dövlət müstəqilliyini bəyan edəndən bəri ölkənin güc nazirlikləri arasında rəhbəri ən çox dəyişən qurum Müdafiə Nazirliyidir.
“Media forum” saytı xəbər verir ki, müdafiə naziri postunu indiyəcən 8 şəxs tutub (bu göstərici ümumiyyətlə bütün nazirliklər üzrə rekorddur): Valeh Bərşadlı, Tacəddin Mehdiyev, Tahir Əliyev, Rəhim Qazıyev, Dadaş Rzayev, Məmmədrəfi Məmmədov, Səfər Əbiyev, Zakir Həsənov (indiki nazir).
Daxili işlər naziri postu 7 şəxslə ikinci yerdə dayanır:
Məhəmməd Əsədov, Tofiq Kərimov, Tahir Əliyev, İsgəndər Həmidov,
Abdulla Allahverdiyev, Vaqif Novruzov, Ramil Usubov (indiki
nazir).
Milli təhlükəsizlik naziri vəzifəsində 1991-ci ildən bəri 6 şəxs əyləşib: Vaqif Hüseynov, İlhüseyn Hüseynov, Fəxrəddin Təhməzov, Nəriman İmranov, Namiq Abbasov, Eldar Mahmudov (indiki nazir).
Ədliyyə Nazirliyinə müstəqillik dönəmində 4 nəfər rəhbərlik edib: Əlisaab Orucov, İlyas İsmayılov, Südabə Həsənova, Fikrət Məmmədov (indiki nazir).Digər strateji nazirliklər arasında ən çox rəhbər dəyişikliyi Xarici İşlər Nazirliyində olub. Xarici işlər naziri postunu indiyəcən 6 şəxs tutub: Hüseynağa Sadıqov, Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov, Vilayət Quliyev, Elmar Məmmədyarov (indiki nazir).
Müdafiə nazirləri Azərbaycan və Serbiya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
AzərTAc xəbər verir ki, Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belqradın Taşmaydan parkında Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin, Serbiya yazıçısı Milorad Paviçin, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyub.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ