Razi Nurullayev: “Mitinqlər üçün Əli Kərimliyə müxtəlif mənbələrdən pullar gəlir”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Mitinqlər üçün Əli Kərimliyə müxtəlif mənbələrdən pullar gəlir”

“Əli Kərimli mitinqləri keçirmək üçün partiya üzvlərindən pul yığırdı”.


Bu barədə Publika.az-a açıqlamasında AXCP sədrinin keçmiş müavini Razi Nurullayev deyib.


Onun sözlərinə görə, hər kəs cibindən müəyyən vəsait toplayıb mitinq fondu formalaşdırırdı: “Böyük məbləğı yığa bilmirdik. Kimin nəyə gücü çatırdı, verirdi. Kənardan müxtəlif mənbələrdən də partiya sədrinə pullar gəlirdi. Amma onların qaynağını bilmirəm. Əli Kərimli bu barədə bizə heç nə demirdi”.


15 mart mitinqinə münasibət bildirən R. Nurullayev müxalifətin xalqdan uzaqlaşdığını qeyd edib: “Əfsus ki, xalq müxalifətin yanında deyil. İnsanlar mitinqə gəlmir, çünki xalqın inamı qırılıb. Bu gün Əli Kərimlinin arxasında xalq dayanmır. Bu faktdır və bir daha mitinqdə bunun şahidi olduq. İnsanlar qiymət artımına dair etiraza qoşulmursa, deməli xalqın inamını qırıblar”.


R. Nurullayev mitinqdəki çıxışçıların seçilməsi prosesindən də danışıb.


“Mitinqin aparıcılığı, istərsə də tribunada çıxış edənlərlə bağlı hər zaman narazılıq olub, olacaq da. Əli Kərimli həmişə istədiyi adamları qabağa verirdi. Bu da başqalarında qıcıq yaradırdı. Çünki Milli Şurada çıxışçılar ümumi istəklə seçilmir. Əli Kərimli kimi istəsə o da mitinqdə çıxış edir. Çıxışçılardan Əbülfəz Qurbanlının çıxışına müsbət yanaşmıram və inanmıram ki, tribunadan emosiya yarada bildi”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm