Nida.az
Daxili İşlər Nazirliyi ölkədə dini radikalizmdən narahatdır - Müzakirə
Bu gün Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Zaqatala rayonunda "Tolerantlıq Azərbaycan cəmiyyətinin həyat normasıdır" mövzusunda konfrans keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan
məlumata görə, tədbiri giriş sözü ilə açan Zaqatala RPŞ-nin rəisi,
polis polkovniki Arif Babayev rayonda dini, mənəvi-əxlaqi
dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü
təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində
görülən işlər barədə iştirakçılara məlumat verib. Xüsusilə
vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş
inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında uğurlu icrası Azərbaycanda demokratik hüquqi və
dünyəvi dövlət quruculuğunu şərtləndirməklə ictimai-siyasi həyatın
bütün istiqamətlərində böyük nailiyyətlər əldə olunmasına əlverişli
zəmin yaradıb. Bildirilib ki, ölkəmizdə insan hüquq və azadlıqları,
o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq
hüquq normalarına tam cavab verir.
Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik
İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Rayon İcra Hakimiyyəti
başçısının müavini, İcra Hakimiyyəti yanında Dini işlər üzrə
komissiyanın sədri Elman Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov,
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri
İbrahim İbrahimov, rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov və
digər şəxslər mövzu ətrafında çıxış ediblər.
Qeyd olunub ki, müxtəlif xalqların yüzilliklər ərzində dinc və
mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində
olduğu kimi, Zaqatala rayonunda da hər bir vətəndaşın konstitusion
hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam
təmin olunur, ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir
çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant
münasibət bəslənilir.
O da bildirilib ki, dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları, "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ-hüquqi aktlarla tənzimlənir. Cinayət və İnzibati Xətalar məcəllələrində dini zəmində baş verə biləcək qanun pozuntusuna görə müvafiq maddələrdə məsuliyyət nəzərdə tutulub. Radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib. Həmin Planının icrası ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qeyri-qanuni dini fəaliyyətin, separatçı və ekstremist yönümlü hərəkətlərin qarşısının alınması, "Dini etiqad azadlığı haqqında" qanunun tələblərinə riayət edilməsi ilə əlaqədar bir sıra konkret tədbirlər görülüb.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər