Zahid Oruc: “Çanaqqaladan Qarabağadək qələbə eşqi ilə yaşamalıyıq”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Çanaqqaladan Qarabağadək qələbə eşqi ilə yaşamalıyıq”

“Ermənilər 24 aprelə ayrı-ayrı bayraqlar altında gedəcəklər, onlar yenə də birləşə bilməyəcəklər. Çünki Ermənistan xalqı Serj Sarkisyanın ölkə əhalisini necə istismar etdiyini görür”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycanda erməni cəmiyyəti haqqında danışılanların əksəriyyəti mifdir. Z.Oruc deyib ki, hazırda Ermənistan əhalisinin böyük əksəriyyəti Sarkisyan rejimindən çox narazıdır və heç bir soyqırımı yubileyini qəti qeyd etmək istəmir: “Düşünürəm ki, bu cür məzlumluq, yazıq sifət, qırılmaya məruz qalma və sairə bu cür iddialar bəlkə də yəhudilər üçün alındı. Amma ermənilər soyqırımı üzərindən normal dövlət də qura bilmirlər. Əgər ermənilərin qədim dövləti olsaydı, o zaman bu 100 il ərzində bu dövləti qurardılar. Tarix də sübut edib ki, onların heç bir qədim dövləti olmayıb. Hətta, ermənilər özləri də bunu dəfələrlə etiraf ediblər. Bu gün də ermənilər deyir ki, iqtisadi cəhətdən çox zəif dövlətiksə, bu soyqırımı qeyd etmək bizim nəyimizə lazımdır? Kim Kardaşyanı gətirib onu barmaqla göstərmək bizim nəyimizə lazım idi?”.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə dünyaya özünün qələbə modeli və nailiyyətləri ilə çıxmalıdır: “Necə ki, 24 apreldə Türkiyə ilk dəfə olaraq dünya liderlərini ölkəsinə toplayır və Çanaqqalada özünün qələbə gününü beynəlxalq səviyyədə qeyd edəcək. Yəni, hər birimiz Çanaqqaladan Qarabağadək qələbə eşqi ilə yaşamalıyıq. Çünki qələbədən qələbəyə getmək daha asandır. Biz ermənilər kimi soyqırımı silahından istifadə etmək əvəzinə, daha çox real faktlara söykənən addımlar atmaq barədə düşünməliyik”.

Bir sıra Qərb dövlətlərinin qondarma “erməni soyqırımı” iddialarını tanıması məsələsinə də toxunan Z.Oruc deyib ki, Qərb ölkələrinin dəyərlərin ixracı və demokratik amallarla məşğul olduğunu deyəndə, bu, pərdələnmiş görünüb: “Bunu sübuta yetirmək də çox çətin idi. Amma soyqırımı məsələlərinə münasibət, onun gerçək və yalanını ayırmaq, həmin dövlətlərin real vəziyyətlərini də ortaya qoyur. Hesab edirəm ki, bu cür hadisələr üzərindən İrəvana səfər gedən, orada sayğı duruşuna qalxan həmin dövlətlərin böyük əksəriyyəti 100 il əvvəl yarımçıq qalmış planlarını vaxtilə meydana çıxan türk dövlətinin pozduğunu hələ də həzm edə bilmədiklərini sübuta yetirir. Avstriya parlamentinin də 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri “soyqırımı” kimi tanıyan qərar qəbul etməsi də hər birimizdə böyük hiddət və təəssüf doğurur. Ancaq buna görə hər hansı təşviş keçirməyin də əleyhinəyəm. Çünki erməni cəmiyyəti artıq dərəcədə elə mövqe daşıyır ki, soyqırımı məsələsi ilə bağlı onlara beynəlxalq aləmdə verilən dəstəklər, sanki Türkiyə üzərində qazandıqları qələbələr real olaraq erməni xalqının durumunu dəyişmir. Əksinə, ermənilər gün-gündən məzlum olmaqda davam edirlər. Mənə görə, ermənilər real soyqırımı 25 apreldən yaşamağa başlayırlar. Yəni, görürlər ki, Serj Sarkisyan rejimi bu amildən də öz maraqları üçün istifadə edir və özünə dəbilqə yaradır. Sarkisyan bir ay öncə bütün partiyalara bir bayraq altında birləşmək barədə müraciət etsə, müxalifət partiyaları ona əhəmiyyət vermirdi. Ancaq Serj Sarkisyan qondarma soyqırımı məsələsindən istifadə etməklə və özünə dəbilqə qoymaqla əslində erməni xalqı üzərində qəsbkarlığını davam etdirir. Xalq Sarkisyana deyir ki, siz bizə guya Qarabağı almaq bəhanəsi gətirərək 100 ilin ölüsünü basdırmağa imkan vermədiniz. Ancaq insanlar bu cür siyasət üzündən iş tapmaq üçün Rusiya və Türkiyəyə gedir. Ancaq siz isə yenə də düşmənçiliyi stimullaşdıran addımlarla məşğulsunuz. Bütün bunlar da onu göstərir ki, qondarma “erməni soyqırımı” məsələsi Serj Sarkisyan rejiminin və beynəlxalq diaspora mərkəzlərinin yemidir, biznes layihələridir. Onlar üçün soyqırımı məsələsi anım hadisəsi deyil, sadəcə olaraq geosiyasi amilə çevrilib. Ona görə də beynəlxalq aləmin Türkiyəyə qarşı təzyiqlərinin real hüquqi nəticələri olmayacaq. Yəni, ermənilər siyasi amildən güclərinin artığını düşünürlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm