Qarabağda Krım ssenarisi: “Münaqişə alovlanır” – QƏRBDƏN ŞOK İDDİA
Bizi izləyin

Nida.az

Qarabağda Krım ssenarisi: “Münaqişə alovlanır” – QƏRBDƏN ŞOK İDDİA

“Ukraynadakı vəziyyətə görə post-sovet məkanındakı dondurulmuş münaqişələri “isti” mərhələyə keçirə bilər. Xüsusilə, Dağlıq Qarabağ, Dnestryanı və Abxaziya-Cənubi Osetiyada təhlükə ciddidir”.


Publika.az xəbər verir ki, bu barədə Çexiyanın “ECHO24” saytı yazıb.


Məqalədə qeyd olunur ki, bu üç münaqişə zonasında Krım ssenarisi təkrarlana bilər: “Bu heç vaxt istisna deyil. Dağlıq Qarabağ münaqişəsi haqda artıq “dondurulmuş” deyə bəhs etmək çətindir. Hazırda Ermənistan-Azərbaycan təmas xəttində atışmalar intensiv olaraq davam edir. Bu münaqişə 1990-cı illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə yarandı və Rusiyaya arxalanan Ermənistan işğal etdiyi ərazidə qondarma rejim qurdu. Kreml bu münaqişədən Azərbaycan və Ermənistana ciddi şəkildə təzyiq aləti kimi istifadə edir və Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsində yararlanır. Bu gün Dağlıq Qarabağda münaqişə kəskin şəkildə “isti” mərhələyə keçib”.


Məqalədə Cənubi Osetiya və Abxaziya, eləcə də Dnestryanı ərazilərdə də münaqişənin qızışma ehtimallarının yüksək olduğu qeyd olunur.


“Dağlıq Qarabağ və bu ərazilərdə münaqişənin eyni vaxtda yenidən isti mərhələyə keçməsi bölgənin təhlükəsizliyi üçün qorxulu hadisə olardı. Lakin proseslər bunun mümkün olduğunu deməyə əsas verir və Krım ssenarisinin bu ərazilərdə təkrarlanacağı ehtimalı böyükdür”, - deyə sayt qeyd edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm