Xalid Kazımlı da etiraz etdi: “Belə yoldaşlıq olmaz”
Bizi izləyin

Nida.az

Xalid Kazımlı da etiraz etdi: “Belə yoldaşlıq olmaz”

Müsavat Partiyasının üzvü, musavat.com portalının baş redaktoru Xalid Kazımlı Vurğun Əyyubun partiyadan çıxarılmasına etiraz edib.

Publika.az xəbər verir ki, X. Kazımlı bu barədə “facebook” profilində yazıb.

“Vurğun Əyyubun Müsavatdan çıxarılmasına ciddi etirazım var. Belə hərəkat, cəbhə, partiya yoldaşlığı olmaz”, - deyə o bildirib.

X. Kazımlı qeyd edib ki, son 6 ayda partiyanı tərk edən və ya uzaqlaşdırılan ziyalıların hər biri öz ətrafında yüzlərlə adam birləşdirirdi və onları özünə örnək sayan minlərlə adam var.

Qeyd edək ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyi V. Əyyubun partiyadan xaric edilməsi barədə qərar qəbul edib.

V. Əyyubun partiyadan çıxarılmasına etiraz edən Adil Qeybulla da Müsavatdan istefa verdiyini açıqlayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm