“Nyu-York Tayms” Azərbaycan diplomatının erməni təxribatına cavabını yaydı
Bizi izləyin

Nida.az

“Nyu-York Tayms” Azərbaycan diplomatının erməni təxribatına cavabını yaydı

Nüfuzlu “Nyu-York Tayms” qəzetinin səyahətlər bölməsində bir neçə həftə öncə yerləşdirilən, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatçı qondarma qurumu təbliğ etməyə cəhd edən “A Warm Welcome in the Caucasus Mountains” adlı məqaləyə Azərbaycanın Vaşinqtondakı Səfirliyinin müşaviri Məmməd Talıbovun cavabı dərc olunub.

Publika.az-ın məlumatına görə, “Displacement in Azerbaijan” başlığı altında çap olunan bu cavabda (http://www.nytimes.com/2015/05/17/travel/letters-to-the-travel-editor.html?_r=0 ) yuxarıda qeyd olunan məqalə müəllifinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı və bunun nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının doğma evlərindən didərgin düşmələri barədə məlumatı oxucuların diqqətinə çatdırmadığı bildirilir.

Qeyd olunur ki, müəllif oxuculara qeyri-qanuni işğal olunmuş bu ərazilərə səfər etməklə Azərbaycan qanunvericiliyini pozmuş olacaqları və ölkəmizə gələcəkdə səfər etmək imkanından məhrum ediləcəkləri barədə heç bir məlumat vermir, həmçinin o, bir çox ölkələrin rəsmi qurumları, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən bu ərazilərə qeyri-qanuni səfərlərə qadağa qoyulduğu barədə susur.

Bildirilir ki, Azərbaycan bütün məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına və gələcəkdə turistlərin Azərbaycanın bu gözəl guşəsinə səfər etmələrinin mümkün olması üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm