Brüssel Moskvanın qarşısında geri çəkildi, yoxsa oyunun qaydaları dəyişir?
Bizi izləyin

Nida.az

Brüssel Moskvanın qarşısında geri çəkildi, yoxsa oyunun qaydaları dəyişir?

Qərb – Rusiya arasında yaşanan “qaz müharibəsində” yeni proseslər müşahidə olunur.


Publika.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anna-Kayza İtkonen Brüsselin energetika sahəsində Rusiya ilə əməkdaşlıqdan imtina etmə məsələsinə baxmadığını deyib.

Onun sözlərinə görə, Avropa Birliyi sadəcə olaraq enerji resurslarının çatdırılmasında şaxələndirmə yolunu tutub.


“Biz heç vaxt Rusiya ilə əməkdaşlığı dayandırdığımızı bildirməmişik. Biz yalnız şaxələndirməni təmin etmək istəyirik”, - deyə o bildirib.


Analitiklərə görə, Brüssel bu açıqlama ilə ya geri çəkildiyini etiraf edir, ya da yeni manevr imkanlarını yoxlayır. Yəni Rusiyanı sakitləşdirərək öz qınına qaytarmaq, daha sonra öz planlarını reallaşdırmağı düşünür.
Bu iki tezis arasında ikinci variant – yeni manevrlərin edilməsi daha inandırıcı olaraq qəbul olunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm