İran prezidenti və Roma Papası Azərbaycan Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İran prezidenti və Roma Papası Azərbaycan Prezidentini təbrik edib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Roma Papası Fransis Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikasının xalqını və dövlətini səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi istiqamətində ikitərəfli, regional və beynəlxalq səviyyələrdə bundan sonra daha da genişlənəcəkdir.

Allah-Təaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə rifah, səadət və başucalılığı arzu edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm