Əflatun Amaşov: “Sosial şəbəkələrdə təhqirə məruz qalıram”
Bizi izləyin

Nida.az

Əflatun Amaşov: “Sosial şəbəkələrdə təhqirə məruz qalıram”

“Azərbaycan Prezidentinin mətbuatın 140 illik yubileyi ilə bağlı sonuncu sərəncamı əhatəliliyinə görə fərqlənir”.

Publika.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidentinin ictimi-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun aparıcı media rəhbərləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən sərəncam fundamental təsir bağışlayır. Ə.Amaşov deyib ki, bu sərəncamda Azərbaycan milli mətbuatının keçdiyi 140 ilik zaman əhatə olunur: “Sərəncamda keçmiş və gələcəyin vəhdəti birlikdə verilir”.

Ə.Amaşov Milli Mətbuatın 140 illik yubileylə bağlı jurnalistlərin mükafatlandırılmasından da danışıb: “Artıq redaksiyalardan təkliflər və siyahılar gəlir. Belə getsə, bayrama qədər mükafat almaq istəyənlərin sayı 1000-ə çatacaq”.

Ə.Amaşov sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı gedən müzakirələrə də münasibət bildirib: “Çox təəssüf ki, bu müzakirələrdə təhqir və böhtan xarakterli rəylər var. Bununla bağlı tədbirlər görülməsi vacibdir. Sosial şəbəkələrdə şəxsən mən və bəzi media rəhbərləri də təhqidlərə məruz qalır və bununla bağlı məsələ yuxarı səviyyədə diqqətə çatdırılıb müzakirə edilməlidir”.

Azərbaycan Prezidentinin köməkçisi Ə.Həsənov isə Ə.Amaşovun fikirlərinə bu cür münasibət bildirib: “Əgər Qərbin təlqin etdiyi demokratiya budursa, biz bu demokratiyanın tərəfdarı deyilik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm