Gülər Əhmədova hansı deputatın fotosunu Eynulla Fətullayevə verib?
Bizi izləyin

Nida.az

Gülər Əhmədova hansı deputatın fotosunu Eynulla Fətullayevə verib?

Gülər Əhmədova azərbaycanlı komitə sədrinin Fətullah Gülənlə olan fotosunu Eynulla Fətullayevə təqdim edib

"Mən Türkiyədə olan zaman Baş nazirinin köməkçiləri ilə görüşdə də dedim ki, ölkənizi böyük fəlakət gözləyir”.

Publika.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda çıxışı zamanı tanınmış jurnalist Eynulla Fətullayev bildirib.

Bir zamanlar ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu verdiyini diqqətə çatdıran E.Fətullayev deyib: “2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu mənə gətirdi.

O zaman real təhlükə olmadığı üçün onu yayımlamadım. Ancaq indi potensial təhlükə var. Vəhabilik qədər nurçuluq da bizə yaddır. Elə Türkiyənin özünə də yaddır. Mətbuatda gedən bu yazıları təqdir edirəm.

Demokratik çərçivədə mübarizə getməlidir. Ancaq dövlətin əsaslarını sarsıdacaq heç bir şeyə icazə vermək olmaz. Dövlətin rəhbərliyi tərəfindən təhlil olunmalı və müvafiq qərarlar verilməlidir. Biz jurnalistlərik, siyasətçilər deyilik.

Ona görə hesab edirəm ki, söhbətimiz səmimi olmalıdır. Cənab Əli Həsənovun çıxışında doğru olaraq qeyd etdi ki, məlum dini cərəyan bir ölkədə dövlətə, hökumətə nə qədər problemlər yaradır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm