Federasiya prezidenti: “Avropa Oyunlarını Olimpiada adlandıra bilərik”
Bizi izləyin

Nida.az

Federasiya prezidenti: “Avropa Oyunlarını Olimpiada adlandıra bilərik”

“Bakıda keçirilən I Avropa Oyunları tarixi hadisədir. Biz faktiki olaraq bu tarixi anların şahidi oluruq”.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov “Vestikavkaz” saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, samboçular ilk dəfə belə böyük yarışlarda iştirak edir: “Bu Oyunları Olimpiada da adlandıra bilərik. Biz müxtəlif turnirlərdə çıxışlar edirik. Lakin Avropa Oyunları kimi böyük səviyyəli turnirdə çıxış etməyimiz, artıq sambonun Olimpiya səviyyəsinə çıxması deməkdir. Bu həm də sambonun belə böyük səviyyəli yarışlarda çıxış etməyə hazır olduğunu göstərdi. Hesab edirəm ki, Avropa Oyunlarından sonra sambonun reytinqi daha da artacaq”.

V. Şestakov Avropa Oyunlarında 21 ölkənin samboçularının mübarizə apardığını bildirib: “Əlbəttə, biz daha çox çəki kateqoriyasının qatılmasını istəyərdik. Lakin hazırkı vəziyyətdə də samboçular yaxşı çıxış etdi. Azərbaycan dörd gümüş medal qazandı. Bu, təqdirəlayiq haldır”.

Federasiyanın prezidenti sambonun Olimpiya proqramına daxil edilməsi istiqamətində iş aparıldığını diqqətə çatdırıb.

“Avropa Oyunlarında iştirak hədəfimizə çatmağa kömək edəcək. Mən Bakıda samboya olan azarkeş marağına da toxunmaq istəyirəm. İnsanlar və KİV tərəfindən diqqət böyükdür. Hətta idmançının hansı ölkəni təmsil etməsinə baxmayaraq, tamaşaçılar böyük dəstək göstərdi. Prezident İlham Əliyevin ailəsi ilə birgə sambo yarışını birbaşa izləməsi çox qürurverici hal idi. Biz bununla fəxr edirik”, - deyə V. Şestakov vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm