• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ağ Evdən idarə olunan “sərhədsiz təxribatçı”

  • Nida.az
  • 24 İyun 2015 15:03
  • 328 Baxış
Ağ Evdən idarə olunan “sərhədsiz təxribatçı”

“Sərhədsiz Reportyorlar” təşkilatı və uzun illər bu quruma rəhbərlik etmiş Rober Menardla bağlı şok faktlar

Söhbət Fransanın Langedok vilayətində yerləşən Bezye şəhərinin meri Robert Menardan gedir. O həm də mer olmayana qədər “Sərhədsiz reportyorlar” təşkilatının yaradıcısı və baş direktoru kimi məşhur idi. Fransalı jurnalist Nicolas Poincare onu “sərhədsiz təxribatçı” adlandırır və yazır: “Bələdiyyə polisini silahlandırmaq, pəncərələrdən paltar asanları cəzalandırmaq, multikultur Fransanı rədd etmək. Sərhədsiz reportyorların bu keçmiş rəhbəri soldan sağa təxribatlarla məşğuldur”. Fransız jurnalistlərin təxribatçı adlandırdığı Menard Azərbaycanda da məşhurdur. Xüsusilə vaxtilə nənəsindən küsən, borca düşən, yaxud burnu qanayan bəzi jurnalistlərimiz fransızların sərhədsiz provakatoruna pənah aparırdı. 2006-cı ilə qədər “Sərhədsiz Reportyorlar”ın baş direktorunu Azərbaycanda tez-tez görmək mümkün idi. Həmin vaxtdan sonra isə onun ayağı Bakıdan kəsildi və ölkəmizə qarşı məqsədli çirkin fəaliyyətin də məhz o zamandan başlayır. “Sərhədsiz reportyorlar” təşkilatının hər il yaydığı hesabatlarda Azərbayanın adı mütləq şəkildə sonuncu sıralara salınır. Hətta Ermənistan, yaxud Afrikanın hansısa ölkəsinin “bəxtinə” daha yaxşı yerlər düşür. Təbii ki, bu, reallıqdan deyil, Robert Menardın, elə onun vaxtilə rəhbərlik etdiyi təşkilatın Azərbaycana, daha doğrusu, müsəlman ölkəsi olan Azərbaycana münasibətindən irəli gələn məsələdir. Bu təşkilatın istər Menardın rəhbərliyi dövründə, istərsə indi Azərbaycanla bağlı irəli sürdüyü iddialar məsələyə “fransız qalmaq” (türklərin leksikonunda “bixəbər qalmaq”) kimi bir şeydir. Yəni təşkilat alternativ fikirə yer vermədən, yalnız özünə lazım olan uydurma məlumatları yayımaqda peşakardır. Bütün hesabatlarda Robert Menardın dəsti-xətti aydın sezilir. Əsas məsələ isə Menardın həyat prinsipinə çevirdiyi və özündən sonra “Sərhəsiz Reportyorlar” üçün qoyduğu islamofob və anti-Azərbaycan ənənəsinin səbəbləridir.

İslamafob, təxribatçı və Fransa demokratiyasının düşməni...

Fransızlar Menardı belə xarakterizə edir və haqqında ortaya çıxan faktlar onun anti-Azərbaycan mövqeyinə dair qaranlıq məqamlara da aydınlıq gətirir. Robert Menard Beyze şəhərinin meri seçiləndən sonra rəhbərlik etdiyi ərazidə yerləşən məktəblərdə şagirdilərin statistikasını çıxarıb. Bu ilin may ayında “France 2” telekanalına müsahibəsində özü bu barədə belə deyib: “Rəhbərlik etdiyim meriyanın əldə etdiyi məlumatlara görə, dövlət büdcəsindən maliyyələşən ibtidai məktəblərdə oxuyan şagirdlərin 64,6 faizi müsəlman uşaqlarıdır”. Onun Fransa qanunlarına zidd fəaliyyəti haqda açıqlaması ciddi rezonans doğurdu. Çünki bu ölkədə 1978-ci ildə qəbul edilmiş qanuna görə, insanların dini mənsubiyyətinə görə siyahıya alınması qadağan edilir. Qanunu pozanları 5 il həbs və 300 min avro cərimə gözləyir.

Menarda qarşı cinayət işi qaldırılsa da, heç bir tədbir görülmədi. Lakin ictimai qınaq şiddətlənmişdi. Çünki Menardın şovinist mövqeyini gizlətmək mümkün deyildi. O, bələdiyyə seçkilərində irqçi, şovinist, ifrat radikal olan “Milli Cəbhə”ni dəstəkləməklə indiyə qədərki “sərhədsiz” fəaliyyətini ifşa etmişdi. Qalmaqal ciddi şəkil alanda Menard mətbuat konfransı keçirərək vəziyyəti düzəltməyə çalışdı. Amma əsl həngamə hələ qabaqda idi. “Statistikaya ehtiyac yoxdur. Əgər oğlanın adı Məhəmməddirsə, bir qayda olaraq bu uşaq Şimali Afrikadan olan mühacirlərin övladıdır. Etnik-dini mənsubiyyətlə bağlı statistika isə əhali ilə işdə gərəklidir. Şəhərimizdə elə vəziyyət yaranıb ki, əhalinin bir qismi öz müsəlman, ərəb aləminə qapılıb və cəmiyyətə inteqrasiya olunmur. Bu müsəlmanlar fransız dilini pis bilirlər. Onların övladları məktəblərdə fakultativ qaydada fransız dilini öyrənmirlər, elə öz türk və ya ərəb dillərində danışırlar. Anası fransız dilində danışmayan uşağı Fransa cəmiyyətinə inteqrasiya etmək mümkün deyil” – deyə o bildirb.

Daha sonra isə “Müsəlmanların sayı yaman çoxdur. Şəhərimizdə istənilən həbsxanaya girin və məhbusların simalarına baxın. Görəcəksiniz ki, onların əksəriyyəti ərəblər, türklərdir” deyə qeyd edib. Məhz bundan sonra Fransa baş naziri Manyuel Vals “Twitter” səhifəsində “Beyzenin merinə ayıb olsun” deyə yazdı. Fransa prezidenti Fransua Olland isə Menardın hərəkətlərini “Fransa respublikasının dəyələrinə zidd” adlandırdı.

“Müsəlman uşaqların siyahıya alınması Fransa Respublikasına təhqirdir”, - deyə parlament sədri Menardı qınadı. Daxili işlər naziri Bernard Cazeneuve isə onu nasistlərə bənzətdi. Bütün bunlar Menardın heç vecinə də deyil. O, 2008-ci ildə layiq görüldüyü Fransa Fəxri Legion ordeninin hələ də sinəsində gəzdirir. Maraqlıdır ki, məhz həmin il Menardın ABŞ kəşfiyyatı ilə əlaqələri üzə çıxıb. Belə ki, ABŞ Ədliyyə Departamenti prezident Corc Buşun sözçüsü Skot Stanzelin açıqlamasından sonra araşdırmaya başlayaraq, USAİD-in ayırdığı qrantı “Sərhədsiz reportyorlar” təşkilatının mənimsədiyi iddiasını irəli sürmüşdü. Söhbət ABŞ prezidentinin Kosta Rika və Kuba məslələri üzrə müşaviri olmuş Felip Sikstonun “Cuban Freedom” mərkəzinin vəsaitini mənimsəməsindən gedir. F.Sikston təşkilatın rəhbərliyinə Menardla səmimi münasibətlərdə olan CİA agenti Frak Kalzonu gətirib. Menard da Floridada öz bürosunu açaraq, Kubada terroru dəstəkləyən qruplarla əməkdaşlıq edib. ABŞ Baş hesablama ofisinin (General Accountability Office) apardığı audit zamanı məlum olub ki, USAİD-ə Kuba üçün ayrılmış 64.5 milyon dolların çox cüzi hissəsi təyinatı üzrə xərclənib. Menardın da imzasının olduğu sənədlərdə xərclərin əksəriyyəti əsaslandırılmayıb. Boğaza qədər korrupsiyaya batmış bu şəxs yenə sudan quru çıxır və həmin il Fəxri Legion ordeninə layiq görülür. Çünki heç kəs, hətta Sarkozinin özü belə CİA-ya bağlı olan Menarda “gözün üstə qaşın var” deyə bilməzdi. Onun CİA ilə əlaqələri jurnalist Deniel Perlinin oğrulanmasına haqq qazandırmaqla da ortaya çıxır.

“Bu şərəfsiz, ləyaqətsiz insan heç bir səbəb olmadan insanları terrorçu sayaraq onları işgəncələrə, əzablara məruz qoyan Mərkəzi Kəşfiyyat İdarəsinin cinayətlərini pərdələməyə çalışır. Söz azadlığından, demokratik dəyərlərdən danışan, müxtəlif ölkələrdə həbs olunmuş jurnalistlərin hüquqlarını müdafiə etdiyini söyləyən insanın belə davranışına nə ad vermək olar?!” “Rue89” saytı onun haqqında belə yazırdı.

Lakin o da faktdır ki, Menard Dövlət Departamentinin dəstəyi ilə 1985-ci ildə “Sərhədsiz həkimlər” təşkilatının adını oğurlayaraq yaratdığı “Sərhədsiz reportyorlar”la birbaşa ABŞ-ın siyasətini yerinə yetirirdi. Dövlət Departamenti sifariş verir, o isə hədəfdə olan ölkədə jurnalistlərin təzyiqə məruz qaldığını, azad səsin boğulduğunu iddia edərək dünyaya car çəkirdi. Azərbaycanla bağlı hesabatlarda bu, dəfələrlə öz əksini tapıb. Ömrü boyu qələm tutmağı bacarmayan insanları jurnalist edib, “azad söz boğulur” deyən “sərhədsiz reportyorların” missiyası bu gün də davam edir... Halbuki, jurnalistlər üzərindən kampaniyalar aparmaqda usta olan Robert Menardın “Rədd olun otaqdan” deyərək jurnalistləri qovması da uzaq tarix deyil. O, bu ilin may ayında “Midi Libre” agentliyinin iki əməkdaşını belə qarşılamışdı. Və jurnalistikaya “fransız olan” bu islamafob hələ də ədalətdən, demokratiyadan, azad sözdən danışır, Azərbaycan da daxil olmaqla sifariş verilən ölkələri ittiham edir.

Hazırda Fransa cəmiyyətinin ciddi qınağına tuş gələn Robert Menardın özünü quzu kimi aparması da diqqətdən yayınmır. Fransız mütəfəkkir Volter hələ üç əsr öncə Menard kimilər haqda belə yazmışdı: “Bəzi insanlar həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlər desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR