Nida Təhlil
Lezbiyanları ata edən prezident: Amerikalılar onu necə satdı?
Sağçıların “baş qaldırdığı” Avropada Fransa prezidenti
Fransua Olland əsas hədəflərdən biridir. Gələn il ölkədə
keçiriləcək prezident seçkilərində solçu ideologiyasının “yumşaq
başı” kobud desək əzilə bilər. Görünən odur ki, “Milli Cəbhə”
Partiyasının sərt qadını Marina Le Pen, yaxud mərkəz sağ
Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon onu asanlıqla
kürsüdən düşürəcək.
Publika.az böyük ümidlərlə qarşılanan Fransua
Ollandın “beşinci respublikanın ən qeyri-populyar liderinə”
çevrilməsinin və düşdüyü acınacaqlı vəziyyətin səbəblərini təqdim
edir.
Onun reytinqi 20 faizin də altındadır. Səbəb: seçkiqabağı verdiyi
vədlərin 60 faizini yerinə yetirmədi və Fransa tarixinin ən pis
nəticələri ilə üzləşdi. Rəhbərlik etdiyi partiyanın düşdüyü
vəziyyət də Fransadan fərqlənmir. Və bütün bunların fonunda Fransa
terror aktları seriyası ilə üzləşdi. Bu, Ollandın sonunun
başlanğıcı idi.
Sarkoziyə nifrət və yaşasın “yeni kral”
Ollandın inaqurasiyası zamanı çəkilmiş videokadrlar deməyə əsas
verir ki, onun prezident seçilməsi cəmiyyətin bütün təbəqələrinin
sevincinə səbəb olmuşdu. Bütün fransızları bir məsələ
birləşdirirdi: çoxlu düşmən qazanmış Nikola Sarkozinin
hökmranlığına son qoymaq. Olland Sarkoziyə antipatiyasını
gizlətmirdi və seçkiqabağı verilən böyük vədlərlə yanaşı, məhz bu
nifrət seçicilərin ona üstünlük verməsini təmin etdi. Lakin adı
ölkəsi kimi səslənən Ollandın 2012-ci ildə seçkiqabağı vədlərində
açıq zidiyyətlər sezilirdi. O, bütün bankirləri özünün rəqibi
adlandırdı. Lakin elə həmin ay onları solların varisi elan etdi.
Rəqibləri danışırdı ki, o, sadəcə hər kəsi razı salmağa çalışırdı,
lakin bu, məyusluqla nəticələndi. Problemlərin miqyası isə Fransua
Ollandın Yelisey sarayına daxil olmasından sonra ortaya çıxdı.
Merkel danışır, Olland susur, Fransanın gözləri de Qollu
axtarır
Fransada tez-tez Jak-Şirakdan sitat gətirirdilər. Şirak deyirdi ki,
seçkiqabağı vədlər öhdəlik yaratmır. Lakin Ollandın ümumiyyətlə,
iqtisadi proqramı yox idi. Almaniya kansleri Angela Merkellə
Ollandın ilk görüşü fransızlarda kədərli iz buraxdı. Çünki yeni
seçilmiş prezident vəd vermişdi ki, Avropa büdcə paktına dəyişiklik
edəcək və bu məsələni Merkellə həll etməli idi. Olland buna təkid
edirdi və Fransanın kəmərləri çəkməsi ilə bağlı Berlinin təlimatına
riayət etmək istəmirdi. Lakin görüşün sonunda bəlli oldu ki,
kansler Ollandı inandırmağı bacarıb.
“İqtisadiyyatın kreditlə inkişafı bizi böhranın başlanğıcına
qaytaracaq. Biz bunu istəmirik və buna icazə verməyəcəyik”, -
Merkel deyirdi. Olland isə başını aşağı salıb susurdu.
Fransızlar məyus olmuşdu. Əksər fransızlar hələ də müharibədən
sonrakı dövrdə prezident olmuş Şarl de Qoll kimi siyasi xilaskar və
millətin atasını arzulayır. Bu, nostalji siyasətdir. Hansı ki, belə
nostalgiya Böyük Britaniyada “Brexit”ə, ABŞ-da Donald Trampın
seçilməsinə gətirib çıxartdı.
Depardye qaçdı, lezbiyanlar ata oldular
Olland iqtisadiyyata aid vədlərindən bəzilərini yerinə yetirdi.
Lakin bunun ziyanı xeyrindən daha çox oldu. Məsələn, sosialist
prezident varlılara yüksək vergi yüklədi. Maliyyə siyasətinin də
uğur gətirmədiyi tezliklə ortaya çıxdı və ölkədən kapital axını
başladı. Üstəlik, cəmiyyətdə tanınmış və qəbul olunan Jerar
Depardye kimi fiqurlar Ollandın siyasəti nəticəsində Fransa
vətəndaşlığından imtina etdilər.
Olland düşünürdü ki, məşhur varlılar olmadan da fransızları
birləşdirə və uğur qazana biləcək. Lakin məlum oldu ki, kasıblar da
onun siyasətindən narazıdırlar.
Burada əsas səbəb işsizlikdir. Hətta o, iqtisadiyyat nazirini dəyişsə də, problemi həll edə bilmədi.
İşsizliklə yanaşı, Ollandın tərəfdarlarının əhəmiyyətli
hissəsini narahat edən başqa məsələ də var idi: O, prezident
kürsüsü uğrunda mübarizə zamanı eynicinsli nikahlarının
leqallaşdırılması öhdəliyini üzərinə götürmüşdü. Bura həmçinin,
homoseksual və lezbiyanlara övladlığa uşaq götürmək hüququ da daxil
idi. Olland prezident olan kimi eynicinsli nikahlara icazə verərək
öhdəliyini yerinə yetirdi. Bu isə katolik və protestant
dindarlarının küçələrə çıxaraq etiraz etməsinə səbəb oldu.
Müsəlmanların təqibi
Fransadakı müsəlmanlar ayrı-seçkilik və işsizlikdən şikayət
edirdilər. Lakin Ollandla onların münasibəti 2015-ci ildəki terror
aktlarından sonra tamamilə pozuldu. Hərçənd, o, Məhəmməd
Peyğəmbərin davamçılarının ekstremist olmadığını deyirdi. Lakin
ölkədə müsəlmanlara qarşı təzyiq artdı. 2015-ci ilin noyabr ayında
fövqəladə vəziyyətin elan olunmasından sonra isə müsəlmanların
kütləvi həbslərinə strat verildi.
Arzusu gözündə qaldı
Prezidentliyinin ilk illərində Olland öz liderlik keyfiyyətlərini
göstərməli, xüsusilə siyasi sinifi öz ətrafında birləşdirməli idi.
O, seçki öncəsi dövrdə islahatlar aparacağına söz vermişdi. Bunu
həyata keçirmək üçün Senatda sağ müxalifəti inandırmaq, yaxud heç
olmasa onları parçalamaq lazım idi. Lakin o, bunu bacarmadı.
Ollandın vədlərindən biri regional dillərə rəsmi status verilməsi
ilə bağlı idi. Hansı ki, bu, azlıqların dilləri haqqında Avropa
Konvensiyası ilə təsdiq olunub. Prezident bu məsələni bir neçə dəfə
Senata çıxartdı, amma nəticə əldə edə bilmədi. Hətta Olland
müxalifətlə o qədər bacarıqsız danışıqlar aparırdı ki, görüşlər
həmişə nəticəsiz başa çatırdı.
İkinci konstitusiya islahatlarında da Olland büdrədi. O, Ali
Magistratlar Şurasının (məhkəmə sistemində yüksək postları təyin
edənlər) səlahiyyətlərinin artırılmasına cəhd etdi. Sağ müxalifət
buna razı olmadı və cəhd baş tutmadı.
Olland ötən il baş verən terror aktından sonra əhalinin dəstəyini
əldə etmək üçün daha bir konstitusiya islahatı keçirməyi düşünürdü.
O, ikili vətəndaşlığı ləğv etməyi təklif etdi. Bu isə birbaşa
müsəlmanlara qarşı yönəlmiş addım idi. Çünki Fransada ikili
vətəndaşlıq ən çox müsəlmanlardadır. Senatın aşağı palatasından
Ollandın təklifi keçsə də, yuxarı palatada sağlar qəti şəkildə
qarşı çıxdılar. Beləliklə, yeni cəhd yenə də alınmadı.
Olland rusları satdı, amerikalılar onun özünü
Ollandın uğursuzluğu diplomatiyada da ortaya çıxdı. Burada iki
mühüm istiqamət görünür:
Birincisi, Rusiya ilə münasibətlərdir. Paris
Vaşinqtonu inandırmağa çalışırdı ki, Rusiyanın “Mistral” tipli
döyüş təyyarələri daşıyan gəmi sifarişini yerinə yetirməklə
NATO-nun maraqlarına zidd addım atmır. Lakin Olland Rusiya ilə
müqavilənin icrasına təkid etsə də, ölkə daxilində lobbilərin
təzyiqi ilə üzləşdi. ABŞ-la danışıqlarda da nəticə əldə edə bilmədi
və müqaviləni pozmağı ən yaxşı yol olaraq seçdi.
İkincisi, Suriya məsələsidir. Vaşinqton
Fransanı ABŞ-ın Suriya siyasətinə dəstək verməyə məcbur etdi.
2013-cü ildə Paris bildirdi ki, Bəşər Əsədin devrilməsində iştirak
etməyə hazırdır. Dəməşqə zərbə endirmək üçün formal səbəb Suriyada
kimyəvi silahların tətbiqi olmalı idi. Əsədin rəqibləri iddia
edirdilər ki, hökumət qoşunları kimyəvi silahdan istifadə edib.
Lakin Amerika Suriyada kimyəvi silahın birgə məhv edilməsi ilə
bağlı Rusiyanın təklifini üstün tutdu. Fransa özünü aldadılmış
hesab edirdi. Vaşinton və Moskva onların iştirakı olmadan məsələni
həll etdilər.
Bu, Ollanda işarə oldu ki, strategiyanın dəyişdirilməsinin vaxtı
çatıb. Və o, kənardan izləmək strategiyasına üz tutdu. Bu gün
Fransa sərt şəkildə Əsədə qarşı çıxır, lakin sadəcə bəyanatlarla
kifayətlənir. Bu isə Fransanın Yaxın Şərq siyasətini dalana
salır.
Günahkar prezidentdir
Olland 2017-ci ilin 7 mayında keçiriləcək prezident seçkilərində
iştirak etmək niyyətində olduğunu açıqlayıb. Lakin onun seçkiyə nə
ilə gedəcəyi anlaşılmazdır. Çünki artıq solların özləri də onu
dəstəkləməkdən imtina edirlər. İşsizliklə bağlı etirazlar davam
edir, müsəlmanlara qarşı hücumlar son bir il ərzində üç dəfə artıb
və bütün bunlara görə prezidenti günahlandırırlar.
Asif
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək