Putinin 2007-də elan etdiyi MÜHARİBƏ: Rusiya kəşfiyyatının 4 mərhələli PLANI
Bizi izləyin

Nida Təhlil

Putinin 2007-də elan etdiyi MÜHARİBƏ: Rusiya kəşfiyyatının 4 mərhələli PLANI

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı Ukrayna deyil, Rusiya ilə bağlıdır.

Publika.az xəbər verir ki, bu haqda “The Atlantic Council” üçün məqaləsində ekspert, Strateji kommunikasiyaları üzrə hökumət və qeyri-hökumət institutlarının məsləhətçisi Lad Kosliski yazıb.

Onun sözlərinə görə, KXDR-ə raket texnologiyalarının qanunsuz çatdırılması barədə Kiyevin ünvanına irəli sürülən ittihamlar əslində Rusiyanın Kiyev və Qərbə qarşı apardığı hibrid müharibənin daha bir nümunəsidir.

Xatırladaq ki, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşrinin avqustun əvvəlində yazdığına görə, Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib.

Analitiklər Şimali Koreya lideri Kim Çen Inın raket mühərriklərinə baxış keçirdiyini göstərən fotonu analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, bu mühərriklər nə vaxtsa SSRİ-nin raket donanmasında istifadə olunan raketlərlə oxşardır.

Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi. ABŞ ekspertləri və hökumət müstəntiqləri diqqəti Ukraynanın “Yujmaş” zavodu üzərinə cəmləyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov informasiyanı təkzib edib. O bildirdi ki, Ukrayna hərbi sənaye kompleksi Şimali Koreyaya hər hansı silah və hərbi texnologiyalar çatdırmayıb.

Lad Kosliski qeyd edir ki, mövzunu kompleks anlamaq üçün Rusiya prezidenti Vladimir Putinin 2007-ci il Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatları xatırlamaq lazımdır. Postsovet məkanında Kremlin nəzarətinin itirilməsi və ABŞ-ın artan təsirindən məyus olan Putin Münhendə elan etdi ki, Vaşinqton tərəfindən idarə olunan birqütblü dünyanı dağıtmaq lazımdır.

“Güc hökmranlığı mütləq bir sıra ölkələri kütləvi qırğın sılanlarının əldə edilməsinə itələyəcək. Qlobal təhlükəsizlik arxitekturasını təkrar gözdən keçirməyin vaxtı gəlib”, - materialın müəllifi Putindən sitat gətirib.

Kosliski bu fakta diqqət yetirir ki, Çin və Rusiyanın dəstəyindən təcrid edilmiş və asılı Şimali Koreya müəyyən siyasi, iqtisadi və hərbi dəstək alan “Moskvanın dostları”nın xüsusi qrupuna qoşuldu. O xatırladıb ki, hələ SSRİ lideri İosif Stalinin amansız diktaturası dövründə Kreml və Pxenyan arasında hərbi-texniki əməkdaşlıq çiçəklənirdi.

“Putin birinci Rusiya prezidenti oldu ki, Şimali Koreyaya baş çəkdi, hərbi-texniki əməkdaşlığı yenilədi və bu ölkənin hərbi sənaye kompleksinin inkişafına kömək göstərdi. Rusiya silahı Şimali Koreya rejiminə ordunu, həmçinin raket sistemlərini müasirləşdirməyə kömək etdi. Bundan başqa, Moskva Pxenyanın SSRİ-yə olan borcunun 90 faizini (təxminən 11 milyard dollar) bağışladı.Məhz “dost jestləri”nə cavab olaraq Pxenyan Rusiyanın geosiyasi ambisiyalarını rəsmən dəstəkləyir”, - məqalədə deyilir.

Müəllif qeyd edir ki, “New York Times” nəşrinin məqaləsi Rusiya Qərbə qarşı “hibrid” hücumunun növbəti nümunəsidir:

“Məqalə Rusiya xüsusi xidmət orqanlarının xüsusi kəşfiyyat əməliyyatının elementlərini özündə saxlayır. Birincisi, belə ənənəvi əməliyyatlar üçün Qərbi Avropa və ya Amerikadan olan “səlahiyyətli" mütəxəssis seçilir. Onu psixoloji və mənəvi keyfiyyətlər üzrə diqqətlə seçirlər. Maykl Yelleman Koreya Xalq Demokratik Respublikasına texnologiyaların qanunsuz çatdırılmasında Rusiyanı deyil, Ukraynanı ittiham edir. Onun sözləri xüsusi çəkiyə malikdir.

İkincisi, məqalə məşhur Qərb nəşrində çıxır.

Üçüncüsü, Rusiya xüsusi xidmət orqanları yalan məlumatların gücləndirilməsi üçün müxtəlif növ “müstəqil” və Rusiya tərəfindən tez-tez maliyyələşdirilən internet mənbələrindən istifadə edir.

Dördüncüsü, yalan məlumat ciddi beynəlxalq effekt verən kimi Rusiya KİV-i Ukraynaya maksimal zərər vermək üçün bu nəticələrdən istifadə etməyə başlayır”.

Müəllifin fikrincə, Rusiya beynəlxalq diqqəti “Ukrayna raket qalmaqalı”na yönəldərək öz raket texnologiyalarının Şimali Koreyaya ötürülməsini gizlədir.

“Bu halda, Amerika-Ukrayna münasibətlərinin inkişafının sürəti azalır, Ukrayna beynəlxalq dəstəyin azalması riski ilə üzləşir və Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarları üçün yeni arqument meydana çıxır. Amma sonra zərəri düzəltmək üçün Yelleman danışmağa başlayır ki, onun sözləri təhrif edilmişdi. Əhəmiyyətlidir ki, o “Yenerqomanş” Rusiya şirkəti tərəfindən RD-250 mühərriklərinin KXDR-ə ötürülməsi imkanını inkar edə bilmədi. O dəqiqləşdirdi ki, belə mühərriklərin əhəmiyyətli ehtiyatları Rusiya anbarlarında saxlanıla bilər”, - Lad Kosliski yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm