YAP-çı deputat: “Şəhidimizin nəşinin qaytarılması işi birbaşa prezidentin diqqətindədir”
Bizi izləyin

Nida Xəbər

YAP-çı deputat: “Şəhidimizin nəşinin qaytarılması işi birbaşa prezidentin diqqətindədir”

“Cəbhədə şəhid olan Milli Ordunun əsgəri Çingiz Qurbanovun nəşinin ölkəmizə qaytarılması ilə bağlı Azərbaycan xalqı səfərbər olub”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputat Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, bu məsələ birbaşa Prezident İlham Əliyevin diqqətindədir:

“Ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid olub və onun nəşi bu günə qədər Azərbaycana qaytarılmayıb. Düşünürəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi olaraq, bu məsələ ilə bağlı bəyanat qəbul edə bilərik”.

H.Məmmədov 31 mart Azərbaycanlıların Soyqırımı Günü və 20 Yanvar faciəsinin komitənin tədbirlər planına salınmasını da təklif edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm