Nida Xəbər
“İlham Əliyev İslam ölkələrinin həmrəyliyi üçün böyük iş gördü” - Ağacan Əbiyev
“IV İslam Həmrəyliyi Oyunlarında həm idman nəticələri, həm də təşkilatçılıq baxımından Azərbaycan böyük bir idman ölkəsi olduğunu bir daha dünyaya sübut etdi”.
Publika.az-a açıqlamasında bu sözləri Milli Olimpiya Komitəsinin Baş katibi, millət vəkili Ağacan Əbiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu oyunlardakı idman nəticələri dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi idi: “Oyunlardakı nəticələrimiz Azərbaycanın bu sahədə nə qədər inkişaf etdiyini göstərdi. Avropa Oyunlarında Azərbaycan Rusiyadan sonra ikinci yeri tutdu, bu yarışlarda isə ölkəmizin idmançıları öz bacarıqlarını göstərib, birinciliyi əldə etdilər. İslam oyunlarında Azərbaycanın birinci olmağı nə təsadüf, nə də yarışların ölkəmizdə keçirilməsi ilə bağlıdır. Çünki Olimpiya oyunlarının statistikasına baxanda Azərbaycanın İslam dövlətləri arasında yenə də birinci yerdə olduğunu görə bilirik. 180 milyonluq Rusiya, 220 milyonluq Amerika Birləşmiş Ştatları ilə özümüzü müqayisə etməyimiz tezdir, lakin bizə yaxın, hətta 50-60 milyonluq ölkələrlə mübarizə aparıb, qalib gəlirik. İslam Həmrəyliyi Oyunlarındakı nəticələrimiz ölkəmizin hər sahədə necə inkişaf etdiyini göstərdi. Buna görə də biz Azərbaycanla fəxr edirik”.
A.Əbiyev onu da vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarının
ideyası Beynəlxlaq Olimpiya Oyunları ilə üst-üstə düşür. Onun
sözlərinə görə, bu yarışlarda həmin ideyanı həyata keçirmək mümkün
oldu: “Bu vaxta qədər ölkəmiz müxtəlif idman növləri üzrə
beynəlxalq səviyyəli bir çox yarışa, həmçinin Birinci Avropa
Oyunlarına ev sahibliyi edib. Onların hamısında təşkilatçılıq
yüksək səviyyədə qiymətləndirilib. İlk dəfə Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi də böyük bir uğur idi. İslam Həmrəyliyi
Oyunlarına gəldikdə, bu, sadəcə bir idman yarışı deyildi. Bu
yarışın ideyası həm də İslam ölkələrini bir-birinə daha da
yaxınlaşdırmaq, birləşdirmək, həmrəy etmək idi. Bir idmançı,
Olimpiya Hərəkatının iştirakçısı kimi İslam Həmrəyliyini İdman
Federasiyasının əsasnaməsi ilə Beynəlxalq Olimpiya hərəkatının
xartiyası arasında heç bir fərq olmadığını deyə bilərəm. Hər
ikisinin ideologiyası eynidir. Gəncləri sağlam, savadlı, təhsilli
tərbiyə etmək, mədəniyyətə yaxınlaşdırmaq Olimpiya hərəkatının
fəlsəfəsidir. İslam Həmrəyliyi Oyunlarında bu ideyaların hamısı əks
olunub. Bu həmrəylik ona görə lazımdır ki, İslam dövlətləri hər
zaman güclü olsun. Çünki son zamanlar qərbdə islam dininə qarşı
qeyri-obyektiv münasibət hiss olunur. Belə bir ərəfədə ölkə
Prezidenti bu oyunların Azərbaycanda keçirilməsi barədə qərarı ilə
çiyinlərinə böyük yük götürdü. Bu yarışlarda Azərbaycan İslam
ölkələrinin həmrəyliyi üçün böyük iş gördü. Hər şeyə qadir
olduğumuzu bir daha sübut etdik. Yarışlar boyu insanlara dostluq,
birlik, qardaşlıq çağırışı oldu. Olimpiya kəndində müxtəlif
ölkələrdən olan insanların bir yerdə olması, bir stol arxasında
əyləşmələri hesab edirəm ki, bu həmrəyliyin göstəricisi idi. İslam
ölkələri də oyunların yüksək səviyyədə təşkilatçılığından,
obyektivlikdən, idmançılara yaradılan şəraitdən çox razı qaldılar.
Oyunların bu cür təşkil edilməsində ən çox əziyyət çəkənlərdən
birincisi ölkə Prezidenti İlham Əliyev, “Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
olub. Açılış və bağlanış mərasimlərinin bu qədər yüksək və mədəni
şəkildə təşkili Mehriban xanımın təşkilatçılığıdır. Təşkilatçılıq,
görülən işlərlər kiçik ölkə olsaq da nələrə qadir olduğumuzu
göstərdik. Sübut etdik ki, bəziləri də bizimlə hesablaşmalıdır.
Hesab edirəm ki, bu yarışlar ölkəmizin imicini dünya səviyyəsində
yüksəltdi”.
Gülxar
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu