Nida Xəbər
Azərbaycanın Cənubi Koreyadakı səfiri “İlin səfiri” seçildi
Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurova Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə keçirilmiş mərasimdə “İlin səfiri” mükafatı təqdim edilib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, BMT-nin sabiq Baş katibi Pan Gi Munun, Asiya Cəmiyyəti idarə heyətinin üzvü Çarls Rokefellerin əsas məruzəçilər qismində çıxış etdikləri və nüfuzlu qonaqların, ictimai-siyasi xadimlərin, diplomatların iştirak etdikləri tədbirdə Azərbaycan mədəniyyəti, tarixi abidələri, turizm imkanları və adət-ənənələrindən bəhs edən videoçarx nümayiş etdirilib.
Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunmuş “İlin səfiri” mükafatına Azərbaycan səfiri ilə yanaşı, Hindistan və Küveyt səfirləri də layiq görülüblər.
Qeyd edək ki, 2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı baş qərargahı Nyu-Yorkda yerləşən və 1956-cı ildə III Con D.Rokefeller tərəfindən əsası qoyulan Asiya Cəmiyyətinin yerli ofisidir. Koreyanın “Lotte” şirkətlər qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya təşkilatının üzvləri şirkət nümayəndələri və ictimai-siyasi xadimlərdir. Cəmiyyətin Seul ilə yanaşı, Honqkonq, Manila, Mumbay, Şanxay, Sidney və Surixdə də ofisləri fəaliyyət göstərir.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ