Nida Xəbər
Ufuk Kamal: "Xaricdə yaşayan bəzi azərbaycanlıların milli duyğuları..."
“Diaspor təmsilçilərinin yaşadıqları ölkələrdə öz xalqına və Azərbaycan dövlətinə faydalı olmaq üçün böyük potensialı var”.
Publika.az xəbər verir ki, bu fikirləri Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Azərbaycan diaspor təşkilatlarının təşkilatlanma səviyyəsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan diasporunun təşkilatlanması zəifdir, bunun səbəbləri var və onlar aradan qaldırılmalıdır: “Bunun üçün zəruri olan onların təşkilatlanmasına müvafiq səlahiyyətli orqanların yardım etməsidir. Bu proses normal həyata keçirilsəydi, çox effektiv nəticələr əldə etmək mümkün olardı. Təəssüf ki, diaspor təmsilçilərinin böyük əksəriyyətinin maddi təminatı zəif olduğundan, özlərinin kənar yardım olmadan bir araya gəlməsi demək olar ki, mümkünsüzdür. Maddi imkanları normal olanların çox az hissəsi bu işlə məşğuldur. Bəzilərində isə milli duyğular, vətənpərvərlik hissləri təşkilatlanmaya yardım edəcək səviyyədə deyil. Həmçinin etimad mühiti ilə bağlı durum arzuolunmaz vəziyyətdədir”.
Ufuk Kamal həmçinin əlavə etdi ki, diasporla çalışmağa müvəkkil edilmiş, kifayət qədər büdcə dəstəyi görən səlahiyyətli orqanlar isə böyük ölçüdə sadəcə formal xarakterli çalışmalara üstünlük verirlər: “Onlar işlərini bir məşhur filmdə deyildiyi kimi, “buna da bir quş” səviyyəsində görürlər. Bunun bir səbəbi xərcləmələrə nəzarətin aşağı səviyyədə olmasıdır. Bundan başqa tələb edilən hesabatın sadəcə xərcləmələrlə məhdudlaşması, bu xərclərin dayanıqlı və davamlı faydalarının olub-olmamasının araşdırılmaması problemlərdən biridir. Həmçinin səbəblərdən biri bu qədər önəmli qurumlarda fəaliyyət göstərənlərin bəzilərində milli düşüncənin, vətənpərvərlik hisslərinin formalaşmamasıdır. Bunlar aradan qaldırılarsa, daha vətənpərvər və peşəkar insanlar diaspor istiqamətində fəaliyyət göstərərlərsə, çox qısa bir zaman içində diaspor fəliyyətində ciddi dəyişikliklərin, uğurların şahidi ola bilərik”.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO