Nida Xəbər
Deputatlar AŞPA-ya gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildir.
Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi
komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş
katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən
işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin
fəaliyyəti barədə hesabat veriləcək.
Toplantıda Avropada regional və milli azlıqların dillərinin
qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir
idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq
prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan,
Estoniya, Bosniya və Herseqovina tərəfindən öhdəliklərin yerinə
yetirilməsi məsələlərinə baxılacaq.
Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sevinc
Fətəliyevanın və Vüsal Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi
işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı
münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü
və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə
qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında
məruzələrin müzakirəsi keçiriləcək. Səfər yanvarın 28-də başa
çatacaq.
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO