Nida Xəbər
Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir - - FOTOLAR
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib.
Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin
dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-mayor
Ə.Hatəmi “Şərəf kitabı”nı imzalayıb.
Müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə
görüşüblər.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov general-mayor Ə.Hatəmini Müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.
Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın
yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər
Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi
vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik
Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll
olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini
iranlı həmkarının diqqətinə çatdırıb.
Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması
üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.
İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Ə.Hatəmi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
O, qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.
Görüşdə Azərbaycan və İran orduları arasında hərbi,
hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf
perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili
və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi
aparılıb.
Sonda hər iki nazir görüşün nəticələrinə dair mətbuata açıqlama
verib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ