Nida Xəbər
Klivlend meri AXC-nin 100 illiyi ilə bağlı Bəyannamə imzaladı - - FOTO
Ohayo ştatının Klivlend şəhərinin meri Frenk G. Cekson Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunması ilə əlaqədar olaraq rəsmi Bəyannamə verib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, F. Cekson Klivlend şəhərinin vətəndaşları adından Klivlend şəhərində 2018-ci ilin 28 may tarixini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini elan etməkdən qürur duyduğunu bildirib.
Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub. Sənəddə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edib.
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Sonda qeyd olunub ki, Klivlend müxtəlif millətlərin yaşadığı şəhərdir və burda yaşayan Azərbaycanlı vətəndaşlarının töhfəsi yüksək qiymətləndirilir və təqdir olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və Klivlend şəhərində yaşayan bir çox Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edəcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilib.
Şəhərin meri F. Cekson bəyannamədə 2018-ci il 28 may tarixini Klivlend şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Günü bəyan edib.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...