Digər
İlham Əliyev Naxçıvanda avtomobil sürdü
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı,
respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri
icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir
səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa
edilir. Təqdirəlayiq haldır ki, bu layihələr indi hər bir rayonu,
kəndi və qəsəbəni əhatə edir. Naxçıvan-Şahbuz-Batabat avtomobil
yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar
Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son
illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun
müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr
sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilk
növbədə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol
nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini
əks etdirən stendlərə baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Prezident İlham Əliyevə məlumat verib ki, ümumi uzunluğu 88,8
kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılıb, iki il
müddətində başa çatdırılıb. Müasir tələblər səviyyəsində qurulan
yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib. Yeni yol təkcə
Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar
respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Bildirilib ki, tikinti işləri zamanı yol yatağı genişləndirilib,
hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılıb. Muxtar
respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri
olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər,
beton-selötürücü və su keçidləri də inşa edilib. Tikinti işləri
aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal
dirəkləri və yol-hərəkət nişanları quraşdırılıb.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat
yollarının xəritəsinə də baxıb.
Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat
infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır,
nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni
zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması
istiqamətində davamlı işlər görülür. Ümumilikdə, 2013-cü ildə
muxtar respublikada 164 kilometr uzunluğunda yol salınıb və ya
əsaslı təmir olunaraq istismara verilib, 21 körpü tikilib, 12 körpü
isə təmir olunub. Prezident İlham Əliyevin 2013-cü il 5 mart
tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə
edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun
tikintisinə 6,3 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına
yolun tikintisi başa çatdırılıb.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib,
yeni yolda avtomobili idarə edib.
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ