Gözəllik yarışmasına gedənlərdən xəbər var
Bizi izləyin

Digər

Gözəllik yarışmasına gedənlərdən xəbər var

İyunun 21-də Bakıda - əsrarəngiz “Crystal Hall”da baş tutacaq

Publika.az-ın xəbərinə görə “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna sənəd qəbulu yekunlaşıb.

Tədbir iyunun 21-də Bakıda - əsrarəngiz “Crystal Hall”da baş tutacaq.

Layihənin rəhbəri Nigar Məmmədova mətbuata açıqlamasında “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasında Azərbaycanı təmsil edəcək qızı müəyyənləşdirməyin çətin olacağını, lakin nüfuzlu münsiflərə inandığını, onların sayəsində bunun mümkün olacağını bildirib:

“Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçimlərindəki münsif heyətini açıqlamaq istəmirik. Seçimlərdə itirak edən gözəllər də qonaqlarımız da münsifləri seçim günü, yəni mayın 25-i görəcəklər. Məqsədimiz Beynəlxalq yarışmanın bütün qaydalarına əməl etmək və Azərbaycanda həmişə inamsızlıqla yanaşılan gözəllik yarışmalarına inamı, marağı artırmaqdır. Düşünürəm ki, buna nail olacağıq”.

Xatırladaq ki, dünyanın ən böyük gözəllik yarışması – Miss Globe İnternational müsabiqəsinin final mərhələsinin Bakıda keçirilməsi ”Merac” production-nın təqdimatı və “Signs art Adventure” şirkətinin təşkilatçılığı ilə reallaşacaq. Dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları” (Khazar İslands) isə layihənin baş sponsorudur. Layihə ilə bağlı ətraflı məlumat üçün (012) 480-44-81 nömrəsinə zəng vurmaq olar.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm