• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən yaraşıqlı və gözəl siyasətçiləri – Foto

  • Digər
  • 31 May 2014 13:27
  • 4 599 Baxış
Dünyanın ən yaraşıqlı və gözəl siyasətçiləri – Foto

Ekspertlər dünyanın ən yaraşıqlı və nüfuzlu siyasətçilərini siyahısını hazırlayıb.

Publika.az "İnanılmaz" layihəsində dünya üzrə ən yaraşıqlı siyasətçilərini təqdim edir.

Sıralamanın ilk yerində 38 yaşlı italiyalı siyasətçi Mara Karfanya qərarlaşıb. Karfanya əvvəllər şou ulduzu olub sonradan isə Silvio Berluskoninin baş nazir vəzifəsini tutduğu dövrdə o, İtaliyada bərabər imkanlar üzrə nazir olub.

İtaliyanın keçmiş baş naziri xarici həmkarları qarşısında Mara Karfanyanın keçmiş fotomodel, tanınmış televiziya aparıcısı və “Miss İtaliya-1997” gözəllik müsabiqəsinin iştirakçısı olmağı ilə fəxr edə bilərdi.

Mara 18 dekabr 1975-ci ildə İtaliyanın Salerno şəhərində dünyaya gəlib. O, 2001-ci ildə Salerno Universitetinin hüquq fakültəsini bitirib. 2008-2011-ci illərdə nazir vəzifəsində çalışıb. Berluskoni bir dəfə zarafatca Maranın evli olmadığı təqdirdə onunla evlənəcəyini dilə gətirib. Berluskoninin arvadı isə həyat yoldaşının işlətdiyi sözə görə mətbuatda üzr istəməsini tələb edib.

Almaniyanın “Bild” jurnalı Mara Karfaniyanı “dünyanın ən gözəl naziri” adlandırıb. Britaniyanın “Financial Times” qəzeti isə nazir xanımın 2001-ci ildə “Maxim” jurnalında nəşr olunmuş fotolarını təkrar dərc edib.

Reytinqin ikinci sıralamasında Meksikanın prezidenti Enrike Penya Nyeto qərarlaşıb.

Nyeto 20 iyul 1966-cı ildə Meksikanın Atlakomulko bölgəsində anadan olub. prezidentlik vəzifəsinə 2012-ci ildən etibarən başlayıb. Mexikoda Panamerika universitetini və Monterreydə Texniki Universiteti bitirib.

İlk nikahdan dul qalıb. Nyetonun arvadı 2007-ci ildə epileptik tutmadan vəfat edib. 3 uşağına isə Verakrus şəhərində hücum edilib və nəticədə 4 cangüdən həlak olub. Nyeto 2010-cu ildə televiziya seriyalarında çıxış edən məşhur Anxelike Rivere ilə ailə həyatı qurub. Hal-hazırda 6 uşaq atasıdır.

Bundan əlavə, siyahıya rusiyalı siyasətçi Alina Kabayeva da daxil olub. Alina 1983-cü il may ayının 12-də Daşkənddə doğulub. Kabayevanın atası tatar, anası isə rusdur. Bundan əlavə, Kabayeva Rusiyanın əməkdar idman ustası, təqaüdçü bədii gimnastı və siyasətçisi, 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatı, iki olimpiya medalını, dünya çempionatında 14 medal və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnastdır.

O, 2001-ci ildə Yaponiyanın çəkdiyi "Red Shadow”("Qırmızı Kölgə”) adlı filmdə qısa epizodla iştirak edib. 2011-ci ilin yanvar ayından isə Rusiyanın moda dərgilərinin üz qabığında yer alır.

İsveç Riksdaqının deputatı Hans Linde də bu siyahıda qərarlaşıb. O, Sol partiya fraksiyasının lideri və daxili siyasət məsələləri üzrə partiyanın xüsusi nümayəndəsidir. 35 yaşlı Linde İsveçin ən nüfuzlu cavan siyasətçisidir.

Nura

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR