Rusiya qırıcıları Ukrayna sərhədinə toplaşır
Bizi izləyin

Digər

Rusiya qırıcıları Ukrayna sərhədinə toplaşır

Luqansk terrorçularının Müdafiə naziri İqor Plotnickiy son günlər inamlı bəyanatlar verməyə başlayıb.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, onun belə davranışına səbəb Rusiyaya məxsus qırıcı təyyarələrin sərhəd boyunca uçuşlarının intensivləşməsidir. Bəzi mənbələr, o cümlədən Luqansk rəsmiləri Krımdan aparılmış Rusiyaya məxsus qırıcıların Ukraynanın 20 km-dəki Millerovo şəhərində hərbi manevrlər etdiyini bildiriblər.

Xatırladaq ki, sərhəddə təyyarələrin cəmləşməsini ukraynalı sərhədçilər də təsdiqləyiblər. Onlarla vertolyot və qırıcı təyyarə hazır vəziyyətdə komandanlığın əmrini gözləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm